Toyda kütləvi dava oldu, qan töküldü

 

Abşeronda toyda kütləvi dava olub, 2 nəfər bıçaqlanıb.

paralel.az-ın məlumatına görə, hadisə Fatmayi kəndində keçirilən toy məclisində qeydə alınıb.

Həyətdə qurulan toy məclisində qonaqlar arasında kütləvi dava olub. Davada 1987-ci il təvəllüdlü Əliyev Osman Mirzəbala oğlu və 1986-cı il təvəllüdlü Şiriyev Orxan Allahverən oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralılar dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. O.Şiriyevə qarının kəsilmiş-deşilmiş yarası, O.Əliyevə isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 

Onlar təcili olaraq cərrahi əməliyyat edilərək, reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

0.036880016326904