Suraxanıda kişi keçmiş arvadını bıçaqladı

Suraxanı rayonunda kişi keçmiş həyat yoldaşına bıçaqla xəsarət yetirib.

paralel.az-ın məlumatına görə, hadisə Hövsan qəsəbəsində baş verib.  29 yaşlı Nəcəfova Əsli Tehran qızı keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə qısqanclıq zəminində baş verib.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Döş qəfəsindən yaralanan Ə.Nəcəfova təcili  əməliyyat edilib. 

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

0.036807060241699