28 yaşlı gəncin meyitini xəstəxananın həyətinə qoyub qaçdılar - FOTO

Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının həyətində meyit tapılıb.

paralel.az-ın bölgə müxbirinin məlumatına görə, 1991-ci il təvəllüdlü Teymurov Tural Sakir oglunun meyiti öz avtomobilində aşkarlanıb. Verilən məlumata görə, onun meyitini avtomobili ilə birlikdə iki yoldaşı gətirib, xəstəxananın həyətində qoyub qaçıblar.

Gənçin narkotik maddənin yüksək dozada istifadə edilməsi səbəbi ilə öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev

0.063184022903442