Everestdən 11 ton zibil və dörd meyit yığışdırılıb - VİDEO

Dünyanın ən yüksək nöqtəsi olan Everest dağı bir çox turisti cəlb edir.

Populyarlığın mənfi tərəfi – zirvəyə qalxan yol alpinistlərdən qalan tullantılar ilə doludur. Everesti hətta “ən hündür zibillik” də adlandırırlar: dağın ətəylərinə cırıq palatkalar, tullanmış sürsat, plastik paketlər və şüşələr səpələnib.

Ərazinin xüsusiyətləri dağın təmizlənməsini çətinləşdirir. Könüllü zıbıl yığanlara kpmək etmək məqsədi ilə Nepal administrasiyası təzə qanun buraxıb: zirvəyə qalxan hər bir alpinist özü ilə azı 8 kiloqram zibil endirməlidir.

Vaxt aşırı məşhur dağ zirvəsində kütləvi təmizləmə aksiyaları keçirilir. Bu yaxınlarda 20 alpinist belə bir aksiyalardan birini yekunlaşdırıblar. Onlar iki ay ərzində zirvədən 11 ton zibil yığıblar.

Bundan əlavə dağdan 4 naməlum insan meyiti düşürdülüb: Everestə qalxma olduğca çətin işdir və alpinistlərin burda ölməsi nadir hall deyil.

Elə bu yazda dağın Nepal tərəfində 9, Çin tərəfindəsi isə 2 insan ölüb.

1953-cü ildən etibarən indiyə kimi zirvəni fəth eləmək arzusunda olan insanlardan 300-ü burada son məskanını tapıblar.

1.0118670463562