Sabirabadda dəhşətli intihar

Sabirabad rayonunda intihar hadisəsi olub. 

APA-nın məlumatına görə, hadisə rayonun Ulacallı kəndində baş verib.

2002-ci il təvəllüdlü Abbasov Yusif Şahid oğlunun meyiti yaşadığı evin həyətində aşkar edilib.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Y.Abbasov bu il orta məktəbin 11-ci sinfini başa vurub.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

0.56506490707397