Abşeronda qardaşların davası qanla bitdi

Abşeron rayonunun Masazır qəsəbəsində iki qardaşın mübahisəsi bıçaqlanma ilə bitib.

paralel.az-ın verdiyi məlumata görə, qəsəbə sakini 1995-ci il təvəllüdlü Ağayev İsmayıl Şirvan oğlu mübahisə zamanı qardaşı tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. 

Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. 

Kamil Əmirli

Elşad Mətləboğlu

0.14510583877563