Ərdoğan son nöqtəni qoydu: ABŞ-a sərt mesaj

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın S-400 zenit-raket komplekslərinin tədarükünün iyulda baş tutacağını bəyan edib.

Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

“Mən demirəm ki, Türkiyə S-400 kompleksləri alır. Mən deyirəm ki, Türkiyə artıq onları alıb və bu iş yekunlaşıb. Onların tədarükü gələn ay gerçəkləşəcək”, - deyə türkiyəli dövlət başçısı bildirib.

O əlavə edib ki, Ankara ölkənin müdafiəsi üçün kimlərdənsə icazə almaq niyyətində deyil.

“Biz ABŞ-dan bizə öz sistemlərini satmağı istədik, onlar isə bizə rədd cavabı verdilər”, - deyə Ərdoğan vurğulayıb.

0.12782788276672