Polşa 30-dan artıq F-35 təyyarəsi alacaq

Polşa və ABŞ prezidentlərinin Vaşinqtonda görüşü zamanı Ağ Evin üzərindən F-35 təyyarəsinin nümayiş uçuşu təşkil edilib.

TASS xəbər verir ki, uçuşu prezidentlər və hər iki ölkənin digər səlahiyyətli şəxsləri izləyib.

Bu nümayiş üçün Ağ Evin üzərindən uçuşlara olan qadağa götürülüb.

Daha əvvəl Donald Tramp bəyan edib ki, Polşa 32 və ya 35 ədəd F-35 almaq niyyətindədir.

0.053207159042358