Xelsinki özünə “gecə merı” seçəcək

Finlandiyanın paytaxtı Xelsinkidə gecə həyatı ilə məşğul olan mer seçiləcək.

“Euro-pulse” xəbər verir ki, bu vəzifəyə seçkilər yaxın vaxtda baş tutacaq, onun səlahiyə müddəti isə 2021-ci ilin axırınadək olacaq.

Sorğu nəticəsində bəlli olub ki Xelsinki əhalisi gecələr işləyən sosial obyektlərin azlığından şikayətlənirlər. Respondentlər hesab edirlər ki, gecə əyləncələri də bir mıkanda toplansa daha yaxşı olar – bu gecələr yatan insanları narahat etməz.

Avropada ilk gecə meri 2012-ci ildə Amsterdamda seçilib. Zaman keçdikcə bu yeniliyi dünyanın bir çox iri şəhəri mənimsəyib – London, Paris, San-Fransisko, Sidney və digərləri.  

0.10406708717346