Britaniya hərbi orkestri Fəvvarələr meydanında çıxış edəcək

Bakıda Azərbaycan və Böyük Britaniya hərbi orkestlərinin birgə çıxışı olacaq.

Müdafiə Nazirliyinin məlumatına əsasən, Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestri növbəti dəfə ölkəmizə səfər edib.

Səfər çərçivəsində iyunun 13-də, saat 18:30-da Fəvvarələr meydanında açıq səma altında Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestrinin konserti və birgə nümunəvi çıxışları təşkil ediləcək.

Orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar səsləndirəcəklər.

0.1411018371582