Azərbaycanlı yazıçı alimentə görə həbs edildi

Tovuz Rayon Məhkəməsi şair-yazıçı Murad Köhnəqalanı həbs edib.

paralel.az  xəbər verir ki, bu barədə yazıçının həyat yoldaşı Şəlalə Göytürk məlumat yayıb. 

O bildirib ki, M.Köhnəqala keçmiş həyat yoldaşı və qızının aliment tələbini ödəmədiyi üçün həbs edilib.

“Yaşları 20-dən yuxarı, əqli və fiziki qabiliyyətləri olan üç adam - Muradın keçmiş həyat yoldaşı və qızının tələbi ilə məhkəmə bu cür ədalətsizliyə qərar verib. Evsiz-eşiksiz, işsiz, əlində olan mülkiyyəti heç bir tərəddüdsüz keçmiş ailəsinə verən adamdan 12 min manat pul tələb edirlər. Tanıyanlar bilir, Murad son tikəsini belə balalarından saxlamaz. Bu nə vəhşilikdi belə?”, - Ş.Göytürk bildirib.

0.093584060668945