Yararlı çimərliklərin işarələnməsi təklif olunur

Çimmək üçün yararlı olan çimərliklərin fərqləndirilməsi və onların ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə ETSN tərəfindən layihə hazırlanır. 

paralel.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib. 

Onun sözlərinə görə, layihəyə əsasən, çimmək üçün yararlı olan ərazilərin işarələnməsi və həmin ərazilərə konteynerlərin yerləşdirilməsi təklif edilir. 

“Qeyd edək ki, dünyada belə bir təcrübədən istifadə olunur və ekoloji standartlara cavab verən çimərliklərə mavi bayraq sancılması ənənəsi mövcuddur. Dünyanın bir sıra ölkələrinin çimərliklərində sancılan mavi bayraq çimərliyin yüksək imic qazanmasına xidmət edir”, - nazirlik rəsmisi vurğulayıb.

İlhamə Əbülfət

0.16087293624878