Qəbələdə üç ölkənin müdafiə nazirlərinin görüşü keçirilir - FOTO

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir.

milletinsesi.info-ın bölgə müxbirinin xəbərinə görə, görüş Qəbələ şəhərində baş tutub.

Hər üç ölkənin naziri Qəbələ Şəhidlər Xiyabanını ziyarət edib.

İlk olaraq Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyi, Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında, həmçinin, Gürcüstan və Türkiyə Müdafiə Nazirliyi arasında ikitərəfli görüşlər keçirib.

Görüş çərçivəsində Azərbaycan və Gürcüstanın Müdafiə Nazirliyi arasında hərbi sahədə olan münasibətlər müzakirə olunub.

Bundan əlavə, hər iki nazirlik arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Görüş üçtərəfli formatda davam etdiriləcək.

Rəşad Aydın

0.11596584320068