Digital İnverter texnologiyalı “Samsung Add Wash” ilə qənaətli yuma, qüsursuz nəticə

Yuyucu maşın gündəlik istifadə edilən məişət texnikalarından biridir və bu səbəbdən, bu cihazı seçərkən dözümlülük və qənaət göstəricilərini əsas tuturuq. “Samsung inverter” mühərriki üzərində işləyən “Add Wash” paltaryuyan maşın seriyasını təqdim edir. “Digital Inverter” texnologiyası “səssiz” iş prosessini təmin edir, paltar yumanın effektivliyini yüksəldir və enerji sərfiyyatını azaldır. Digər modellərdən fərqli olaraq yeni mühərrik daha yaxşı texniki göstəricilərə malikdir və köhnəlməyə davamlıdır, bu səbəbdən də uzun istismar müddətinə sahibdir.

Bu tip motorların əsas üstün cəhəti invertor (tezlik çevirici) adlı xüsusi cihazın olmasıdır ki, bu qurğu baraban dövrələrinin sürət və tezliyini tənzimləyərək, dəyişkən cərəyanı daimi cərəyana çevirir. Bu da öz növbəsində mexanizm işini idarə etməyə və elektrik enerjisinə qənaət etməyə kömək edir.

Mexanizm daxilində cərəyan ötürən fırçalar nəzərdə tutulmadığından, hissələr arasında sürtülmə azalaraq cihazın istismar müddəti uzatmağa kömək edir. Bu səbəbdən, “Verband Deutscher Elektrotechniker” (VDE) alman assosiasiyası sözü gedən elektrik mühərrikini 10 illik zəmanət ilə sertifikatlaşdırıb. VDE, dünya üzrə məhsulların standartlaşdırma və sınaqdan keçirilməsi ilə məşğul olan Avropanın ən böyük texniki və elmi təşkilatıdır.

Həmçinin, texnologiyanın fırçasız istehsal olunması işləmə prosesi zamanı titrəyiş və səs göstəricilərinin azalmasını təmin edir.

“Samsung Add Wash” paltaryuyan maşını uzunömürlü və dözümlü olmaqla yanaşı həm də, yuma prossesini asanlaşdıran və qısaldan yeniliyi təqdim edir. Paltaryuyan maşınının lyukunun üzərində quraşdırılmış kiçik qapı sayəsində unutduğunuz geyimləri istədiyin zaman yuma prossesinə əlavə edə bilərsiniz. Yuyucu tozu aktiv köpüyə çevirən “EcoBubble” generatorun köməyi ilə hər zaman tər-təmiz geyimlərə sahib olacaqsınız. Qeyd etmək lazımdır ki, köpük istənilən yuyucu vasitədən daha yaxşı nəticələr əldə etməyə kömək edir, belə ki, oksigenlə zənginləşdirilmiş köpük parça məsamələrinə daha tez daxil olaraq ləkələri daxildən məhv edir.

“Samsung Add Wash” paltaryuyan maşınları haqqında əlavə məlumatı “Baku Electronics”, “Kontakt Home”, “Maxi.az” və “Optimal” mağazalar şəbəkələrindən əldə etmək olar.

0.087031126022339