Sabirabadda iki maşın toqquşdu, 4 nəfər xəsarət aldı - FOTO

Sabirabadda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

milletinsesi.info-ın bölgə müxbirinin məlumatına görə, hadisə Sabirabad rayonun Qaratəpə kəndi ərazisində qeydə alınıb.

İmişli rayon sakini, 1989-cu il təvəllüdlü Paşayev Bəşir Azər oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Sabirabad rayon sakini, 1975-ci il təvəllüdlü Heydərov Səbri Əliheydər oğlunun idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub.  

Qəza zamanı hər iki avtomobilin sürücüsü və sərnişinləri 1968-ci il təvəllüdlü Əliyev Daşqın Qurban oğlu, 1987-ci il təvəllüdlü Həşimov Vüqar Radif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.1308581829071