Lindemann rəfiqəsinə görə pərəstişkarın çənəsini qırıb

“Rammstein” qrupunun lideri Till Lindemann pərəstişkarının çənəsini qırıb.

“Bild” xəbər verir ki, hadisə Münhen şəhərində yerləşən hotellərin birində qeydə alınıb.

Lindemann dostu və rəfiqəsi ilə buradakı barda əylənib. Bu zaman 54-yaşlı pərəstişkarı ona yaxınlaşıb və şəkil çəkdirmək istəyib.

Rədd cavabı alan pərəstişkar əvəzində müğənninin rəfiqəsini təhqir etməyə başlayıb.

Yaranmış mübahisə zamanı “Rammstein”in solisti pərəstişkarını vurub və onun çənəsini qırıb.

0.093394994735718