ATƏT PA sədri: Problemlərin həllində qarşılıqlı dialoqun aparılması vacibdir

İyunun 11-də Milli Məclisin (MM) sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli ilə görüşüb.

paralel.az xəbər verir ki, O.Əsədov Azərbaycanın ATƏT-lə əməkdaşlığın daha da dərinləşməsinə önəm verdiyini deyib.

O bildirib ki, MM-lə ATƏT PA arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər əhəmiyyətli rol oynayır.

Spiker təşkilata üzv dövlətlərin üzləşdiyi problemlərin həllində qurumun gələcəkdə daha yaxından iştirak edəcəyinə, qətiyyətli və ədalətli mövqe sərgiləyəcəyinə inamını ifadə edib.

G.Tsereteli isə qeyd edib ki, ATƏT-lə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsində belə qarşılıqlı səfərlər mühüm rol oynayır.

O əlavə edib ki, ATƏT PA Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir:

“ATƏT məkanında mövcud problemlərin həllində qarşılıqlı dialoqun aparılması vacib məsələlərdəndir.

ATƏT PA-nın prezidenti ümidvar olduğunu bildirib ki, təmsil etdiyi təşkilat bu sahədə səylərini gələcəkdə də əsirgəməyəcək.

G.Tsereteli Gürcüstan və Azərbaycan xalqları arasında əsrlər boyu mövcud olan dostluğun bundan sonra daha da möhkəmlənəcəyinə inamını ifadə edib.

Kamil HƏMZƏOĞLU

0.086544036865234