Prezidentdən qazlaşdırma ilə bağlı sərəncam - 5,7 milyon manat ayrıldı

Prezident İlham Əliyev təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Təhsil Nazirliyinə 5,7 milyon manat ayrılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə isə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

0.12173700332642