ABŞ-da məxfi təyyarə-gülləni uçuşa hazırlayırlar

ABŞ-ın Cənubi Kaliforniya hava limanında güllə formasında olan Celera 500L təyyarəsi nəzərə çarpıb. Adı çəkilən təyyarə ABŞ-ın “Otto Aviation” şirkəti tərəfindən artıq on ildir ki, məxfi surətdə hazırlanır. 

paralel.az bildirir ki, bu barədə “The War Zone” yazır.

Portalın məlumatına əsasən, təyyarənin təkmilləşdirilmiş modeli artıq sınaqdan çıxarılıb, tezliklə isə Celera 500L uçuşa yollana bilər.

Bildirilir ki, təyyarəni bir pilotun idarə edəcək və o, istənilən aerodromdan havaya qalxa biləcək. İlkin məlumata görə, Celera 500L-in sürəti 820 km/s-a çatacaq, hər 50-70 km-ə isə dörd litr yanacaq sərf olunacaq.

0.09210991859436