Multikulturalizm mədəniyyətlər və sivilizasiyalararası dialoqun zəruri alətidir

Multikultural tolerant dəyərlər ümumbəşəri xarakter daşıyır   onun inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir

 Bu gün dünya ictimaiyyəti qəbul edir ki, Azərbaycan müxtəlif  sivilizasiyaların mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşmasında, müxtəlif millətlərin konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma dialoq şəraitində yaşamasında mühüm rol oynayıb. Bunun nəticəsidir ki, ölkəmizin ərazisində yaşayan insanlar dünyəvi dinlərdən zərdüştlüyə (barış sülh dini), Şimal bölgələrdə xristianlığa (Qafqaz Albaniyasında VII əsrdən bəri İslama heç bir təhdid təzyiq olmadan ibadət ediblərArtıq hamı anlayır ki, qloballaşan dünyamızda baş verən bütün problemlərin kökündə duran anlaşılmazlıqları, qarşıdurmaları, terroru təcavüzü durdura biləcək yeganə yol multikulturalizm tolerantlıqdan keçir. Bizim üçün isə bu, yenilik deyil, çünki multikulturalizm tolerantlıq milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzidir.

Xalqımızın zəngin multikultural keçmişi, təkcə bugünkü tolerant yaşam tərzi ilə deyil, həm yaratdığı ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə öz əksini tapıb. Dünyada multikulturalizmə yanaşma müxtəlif olsa da, onun mahiyyəti dəyişmir. Məsələn, multikulturalizm ingilis dilindən tərcümədə "çoxlu mədəniyyətlər" kimi ifadə olunur. Multikulturalizm ayrıca götürülmüş ölkədə bütövlükdə dünyada müxtəlif millətlərə dinlərə məxsus  insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı harmoniyasına, azsaylı xalqların yaşadıqları dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəlik bir anlayışdır. Bu səbəbdən multikulturalizm dedikdə, çoxmədəniyyətlilik onun inkişaf etdirilməsi məsələləri ortaya çıxır ki, bunun da müxtəlif forma modelləri var.

Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc- yanaşı yaşaması öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulurSon zamanlar bir çox dövlətlərdə baş verən bir sıra olaylar multikulturalizmi mədəniyyətlər sivilizasiyalararası dialoqun zəruri alətinə çevirib. Çünki multikultural tolerant dəyərlər ümumbəşəri  xarakter daşıyır  onun inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Tolerantlıq isə müxtəlif mədəniyyətlərdə çoxşaxəli birmənalı anlayış deyil. Tolerantlıq latınca "tolerare" kökündən törəyib "dözmək, səbr etmək, tab gətirmək, göz yummaq, icazə vermək, fikir verməmək, yaxşı qarşılamaq" mənalarını özündə ehtiva edir. Tolerantlıq türk dilində "xoşgörü", ərəb dilində "musamihə" terminləri ilə uyğunluq təşkil edir. Tolerantlığın başqalarının inanc düşüncələrinə hörmət etmək kimi mənaları da var. Yəni başqalarının dininə, dilinə, adət-ənənələrinə, həyat tərzlərinə dözümlülük nümayiş etdirmək, onlara hörmətlə yanaşmaq da tolerantlıqdan irəli gəlir.

Tarixin bütün dönəmlərində tolerantlıq problemi ilə məşğul olan tədqiqatçı alimlər , bu anlayışa bir sıra təriflər verib. Alimlərin bir qismi tolerantlığı "ideal həyatın vacib prinsipi" kimi qəbul edir, bunu bəşər sivilizasiyasının mövcudluğuna bir şans kimi dəyərləndirir. Digər bir qismi isə tolerantlığı bəşəriyyətdə hökm sürən parçalanma laqeydliyi gizlədən simvolik pərdə kimi qəbul edirTolerantlıq problemini araşdıran amerikalı filosof-tədqiqatçı Maykl Uoltser ictimai şüurda tolerantlıq ideyasının yaranmasını inkişafını bir neçə mərhələyə bölür:

 I mərhələ - XVI-XVII əsrlər dini tolerantlıq (katolik protestantların arasında müharibə, İspaniyada Kordof) krallığı sülhün qorunması naminə- fərqliliklərə - təmkinli dözümlü olmaq;

 II mərhələ - passiv etap, digərlərə fərqliliklərə laqeydlik;

 III mərhələ - mənəvi stoisizm, yəni digərlərin, fərqlilərin hüquqları var, qəbul edilməz olsa onu qəbul etmək.

IV mərhələ- münasibətlərdə açıqlıq, hörmətlə yanaşma, bir-birini öyrənmək maraq göstərmək;

V mərhələ - fərqliliyi mədəniyyətlərarası yanaşma kimi qəbul etmək, müxtəlifliliyə heyran olmaq tolerantlığın bir fərdlə ölçülməməsi.

Onu da qeyd etmək lazımdır ki, dözümlülük ideyası heç yeni deyil onun tolerantlığa fəlsəfi yanaşmanın antik dövrə aparan dərin kökləri var. İnsan təbiətinin mədəni-tarixi fərqlərinin dialektik vəhdəti  iki  fərqli anlayışla  izah olunur- "özümünkü" "özgəninki". Məsələn, Solonun Anaxarsisin əfsanəsində ellinlərin barbarların bir-birlərindən çox fərqli olmalarına baxmayaraq, dostluq anlayışını etnosdan üstün tutub, böyük dəyər verməkləri nəzərə çarpır. Antik alimlər Sokrat Platonun da fikirlərində dözümlülük intellektual asketizmlə bağlıdır insanların mənəvi sosial birləşməsi kimi izah olunur.

O da məlumdur ki, orta əsrlər xristian fəlsəfəsində tolerantlıq şovinizm fanatizmə qarşı olan bir anlayış kimi izah olunub. Bu zaman dözümlülük yalnız din vicdanla bağlı olub heç bir siyasi anlayışda özünü göstərmir. Eyni zamanda 1648-ci ildə imzalanan Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəd kimi qəbul olunur. Bundan sonra bir çox tanınmış filosoflar, siyasi şərhçilər digər tədqiqatçılar da bu mövzuya müraciət edirlər öz ideya fikirlərini irəli sürürlər. Məsələn, filosof  Con Lokkun "Din dözümlülüyü" əsəri tolerantlıq anlayışının klassik liberal izahı hesab olunur. Emmanuel  Kantın "Əbədi sülhə doğru" əsərində isə dözümlülük - əxlaqi qəti imperativ kimi izah olunur sülhdə mövcud olmaq üçün cəmiyyətdə münasibətlərin qarşılıqlı hörmət üzərində qurulmalı olduğunu   tolerantlıq subyektini ümumbəşəri əxlaqi dəyər kimi qeyd edir. Rerix - tolerant münasibəti yüksək tərbiyənin nəticəsi hesab edir. Rus

alimi Solovyov "Xeyirxahlığın bəraəti" əsərində dözümlülüyü təmkinliklə eyniləşdirir digərlərin azad olmağını qəbul edir. Baxtinin dözümlülük dialektikası isə "Mən - Özüm", "Mən digəri", "Digərləri mənim üçün" kimi anlayışlarla izah olunur dözümlülük dialoq üstündə qurulmalıdır tezisi ilə möhkəmləndirilir. Dahi rus yazıçısı Lev Tolstoyun "Vətənpərvərlik sülh" əsərində dözümlülük insanın həyata məhəbbətindən yaranırNitşeyə görə tolerantlıq - təmkinlik özünə qalib gəlmək intellektual azadlığın axtarışı fonunda xarakterzə olunur. Azərbaycanın dahi söz sahibləri bu müzakirələrdən kənarda qalmırlarNizaminin "İqbalnamə" "Yeddi gözəl", Cəlil Məmmədquluzadənin "Kamança", Seyid Yəhya Bakuvinin "Xəlvətiyyə təriqətinin banilərindən biri" kimi əsərlərində tolerantlığa multikultural cəmiyyətin qurulmasına xüsusi yer ayrılıb.

Onu da diqqətinizə çatdıraq ki, 2013- ildə UNESCO-nun Baş Konfransının 36- sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd olunması da  təsadüfi deyildi. Azərbaycanda multikulturalizm, tolerantlıq dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsasları ölkənin qədim dövlətçilik tarixi bu ənənələrin inkişafı ilə sıx bağlıdır. Əgər tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə birləşdirən bu siyasi davranışı XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev dövlətçilik ideologiyası formasına çevirərək, tolerantlıq multikulturalizm ənənələrinin yenidən bərpa edilməsinə böyük imkanlar yaradıb. Bununla da  Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının ayrı-ayrı müddəalarında, qanunvericilik aktlarında, fərman sərəncamlarda öz əksini tapıb. Azərbaycanın zəngin mədəni-mənəvi irsə tolerantlıq ənənələrinə malik olması, bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətdir. Azərbaycan hazırda BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdürRespublikamız  Avropa İttifaqının həyata keçirdiyi "Şərq tərəfdaşlığı" layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesini uğurla davam etdirir.

Ölkəmizdə tolerantlıq mühiti hər zaman yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər dinlər arasında münasibətlərə, dialoqa həsr edilən beynəlxalq səviyyəli bir çox  tədbirlər, elmi konfranslar keçirilir.

 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü  ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar  AlyansıAvropa  ŞurasıAvropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm  Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin  inkişafında    təbliğ  edilməsində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var.

Qloballaşan dünyamızda informasiya müharibəsi şəraitində tələbələrimiz öz bilikləri, savadları ilə tarixi elmi tədqiqatlara istinad edərək dünyaya vətənimizin zəngin mədəniyyətini tarixini tanıtmalıdır. Bu, Azərbaycanın hər bir ziyalısının vətəndaşının mənəvi borcudur. Məlumdur ki, ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bu gün Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətimizin tolerantlıq prinsiplərinə sadiqliyinin göstəricisi bütün sivil cəmiyyətlərə bir nümunədir.

 Paralelin
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.11523008346558