Türkiyə ordusu və hərbi texnikaları Naxçıvanda

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib.

Əlahiddə Ümumqoşun Ordudan  verilən məlumata görə, məqsəd iyunun 7-dən 11-dək keçiriləcək “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminəı qatılmaqdır.

Bu münasibətlə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən, hərbi-texniki əməkdaşlıqdan və artıq ənənə halını almış döyüş atışlı birgə təlimlərin əhəmiyyətindən danışıblar.

 

Sonda təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.

0.093011856079102