Xristianlar, o cümlədən ruslar ölkəmizin ərazisində çox qədim zamanlardan məskunlaşıblar

Rus Mədəniyyət Mərkəzi 1993- ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb

 Dini milli tolerantlığın, multikulturalizmin, millətlərarası münasibətlərin qorunub inkişaf etdirilməsi, Azərbaycan dövlətinin bu gün gerçəkləşdirdiyi siyasətin prioritet istiqamətlərindən biridir. Tarixən bir çox xalqların, eləcədə müxtəlif dini konfessiya nümayəndələrinin dinc yanaşı yaşadıqları məkan olan Azərbaycan, məhz bu xüsusiyyətlərinə görə, müasir dünyamızın multikulturalizm tolerantlıq mərkəzi kimi qəbul olunur.

Ölkə əhalisinin 90 faizindən çoxunun müsəlmanlar təşkil etdiyi bu məmləkətdə, ikinci böyük dini icma rus provaslav kilsəsidir. Xristianlar, o cümlədən ruslar ölkəmizin ərazisində çox qədim zamanlardan məskunlaşıblar bunu sübut edən bir çox dini abidələr ölkəmizdə qorunub saxlanılır. Tarixin yaranışından biri -birinə qonşu olan Rusiya Azərbaycan dövlətləri arasında müxtəlif dövürlərdə qarşıdurma anlaşılmazlıqlar səbəbindən gərginliklər yaşansa da, burada yaşayan xalqlar arasında hər zaman qarşılıqlı anlaşma olub bir-birilərinə münasibətdə tolerantlıq-dözümlülük nümayiş etdiriblər. Bu gün mehriban qonşuluq dostluq, strateji əməkdaşlıq şəraitində mövcudluqlarını davam etdirən bu dövlətlər arasında həm möhkəm siyasi münasibətlər mövcuddur.

 

Dinlər millətlər arasında tolerant münasibətlərin qorunub inkişaf etdirilməsi baxımından da, ölkəmizin ərazisində məskunlaşan rus icmasının nümayəndələri öz səylərin əsirgəmirlər. Ölkəmizin ərazisində yaşayan digər millətlərin dinlərin nümayəndələri kimi, xristian ruslar da burada heç bir təhdid təzyiqlə üzləşmədən ölkəmizin bərabərhüquqlu vətəndaşları kimi yaşayırlar. Ruslar da, digər millətlərin nümayəndələri kimi, öz dillərində təhsil alır, öz inanclarına ibadət edir, özlərinin dini mədəni təşkilatlarını yaradır, həmin təşkilatların fəaliyyətində yaxında iştirak edirlər

Onu da qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində fəaliyyət göstərən rus icmasının fəaliyyətinin koordinasiyası üçün icma tərəfindən hələ 25 il əvvəl Rus Mədəniyyət Mərkəzi yaradılıb. 1993- ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xeyr-duası ilə fəaliyyətə başlayan Mərkəzə, bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev öz dəstəyini əsirgəmir.

Keçən il Mərkəzin 25 illik yubileyi ərəfəsində  Bakıda Rus Mədəniyyət Mərkəzinin binasının əsaslı təmirdən sonra açılışı olub.

Mərasimdə çıxış edən Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin vurğulayıb ki, 1993- ildə yaradılan Rus Mədəniyyət Mərkəzi  bu gün özünün 25 illik yubileyini qeyd edir. M.Zabelin qeyd edib ki, bu illər ərzində Mərkəz tərəfindən rus mədəniyyətinin, rus dili ədəbiyyatının, ənənə, adət mərasimlərin qorunub saxlanması təbliği, millətlərarası əlaqələrin inkişaf etdirilməsi möhkəmləndirilməsi, rus Azərbaycan xalqlarının, habelə Azərbaycan ərazisində yaşayan digər xalqların mədəniyyətlərinə qarşılıqlı nüfuz etməsi bir-birini zənginləşdirməsi sahəsində çox böyük işlər görülüb.

Mərkəz rus Azərbaycan mədəniyyətlərinin görkəmli xadimlərinin yaradıcılığına həsr edilən ədəbi musiqili tədbirlər, provaslav bayramları şərəfinə konsertlər təşkil edərək, ölkəmizdə millətlər dinlər arasında multikultural tolerant dəyərlərin inkişaf etirilməsi qorunması istiqamətində mühüm işlər görüb. Mərkəz dinlər millətlər arasında multikultural münasibətlərin inkişaf etdirəlməsi üçün mədəniyyətlərin inteqrasiyası formasına daha çox üstünlük verir. Belə ki, Mərkəzdə müntəzəm olaraq rus rəssamlarının əsərlərinin sərgiləri, Azərbaycanda yaşayan rus yazıçı şairlərinin kitablarının təqdimatı, Azərbaycanın, Rusiyanın yaxın xarici ölkələrin görkəmli mədəniyyət xadimləri ilə yaradıcılıq görüşləri keçirir, bu görüşlərdə həm Azərbaycan multikulturalizminin təbliğinə təşviqinə geniş imkanlar yaradılır.

Azərbaycanın Rus İcmasının sədri M.Zabelin Rus Mədəniyyət Mərkəzinin binasının yenilənməsində iştirak edənlərin hamısına minnətdarlıq edərək Sankt-Peterburq Qanunverici Məclisinin sədri Vyaçeslav Makarova, Sankt-Peterburqdakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişova, habelə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımova təşəkkürnamələr təqdim edib. Vaqif Məmişov da öz növbəsində xalqlarımız arasında mədəni əlaqələrin inkişafında möhkəmlənməsində böyük xidmətlərinə görə Mixail Zabelinə Rus Mədəniyyəti Mərkəzinin direktoru Qalina Manafovaya qızıl medal təqdim edib.

Tədbirdə çıxış edən Sankt-Peterburq Qanunverici Məclisinin sədri Vyaçeslav Makarov qeyd edib ki, Bakıdakı Rus Mədəniyyət Mərkəzi rus milli qaynaqlarının dərin beynəlmiləlçiliyin, Azərbaycan xalqının bu ölkədə yaşayan digər xalqların mədəniyyətinə uğurla sintez edib. Ümumiyyətlə, Bakının rusdilli mədəniyyəti fenomeni olduqca qiymətli maraqlıdır. Qonaq həmçinin bildirib ki, Mərkəzin həyata keçirdiyi mədəniyyət tədbirlərinin böyük əksəriyyəti, millətlər dinlər arasında multikulturalizmin tolerantlığın daha da inkişaf etdirilməsinə xidmət edir.

Yuxarıda da qeyd etdiyimiz kimi, Rusiya İnformasiya Mədəniyyət Mərkəzi (RİMM) Bakı şəhərində 2009-cu ilin mart ayından fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni, təhsil, elmi-texniki informasiya əlaqələrinin inkişafına yönəldilibRus Rusiya Federasiyasının digər xalqlarının tarixi mədəniyyəti, mədəni, elmi iqtisadi potensialı ilə ictimaiyyəti tanış etmək, Azərbaycanın yaradıcı mədəni-maarifləndirici təşkilatları ilə əlaqələrin yaranmasına inkişafına, rus dilinin öyrənilməsinə yardım etmək, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlverişli işgüzar münasibətlərin genişlənməsi üçün şərait yaratmaq, habelə hər iki ölkənin ərazisində yaşayan xalqlar dinlər arasında multikultural tolerant münasibələrin formalaşdırılması Mərkəzin qarşıya qoyduğu məqsədlərdir

Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin bazasında Rus dili tədrisinin  metodiki mərkəzi; B.N.Yeltsin adına Prezident kitabxanasının elektron oxu zalı; "rus muzeyi: virtual filial" İnformasiya təhsil mərkəzi; İnnovativ əməkdaşlıq Mərkəzi; Xaricdə yaşayan həmvətənlərin Rusiya Federasiyasına könüllü köçməsinə yardım Dövlət proqramının izahı ilə bağlı İnformasiya konsultasiya Mərkəzi fəaliyyət göstərir.

Rusiya İnformasiya Mədəniyyət Mərkəzi sərgi, kinokonsert, konfrans zallarına, kitabxanaya, tədris otaqlarına, bədii yaradıcılıq studiyasına malikdir.

Ölkəmizdə fəaliyyət göstərən Rusiya Mədəniyyət Mərkəzi Azərbaycanla Rusiya arasında siyasi, mədəni, sosial iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində öz fəaliyyətini hər zaman davam etdirib

Aprel ayının əvvəlində Heydər Əliyev Sarayında Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasiminin keçirilməsi , qarşılıqlı əməkdlaşlığın bir nümunəsidir.

Açılış  mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinin iki xalqın həyatında əlamətdar hadisə olduğunu bildirərək deyib:

"Azərbaycanı Rusiyanı bir çox sahələrdə səmimi mehriban qonşuluq əlaqələri birləşdirir. Ölkələrimizin mədəniyyət xadimləri, incəsənət ustaları, yaradıcı kollektivləri həm Rusiyada, həm Azərbaycanda keçirilən bir çox festivallarda, simpoziumlarda, forumlarda digər tədbirlərdə iştirak edirlər. İki ölkənin mədəniyyət nazirlikləri arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Bir daha burada toplaşanları bu əlamətdar hadisə münasibətilə təbrik edirəm".

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri xanım Valentina Matviyenko səmimi qəbula Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsində dəstəyinə görə Azərbaycan Respublikasının hökumətinə təşəkkürünü bildirərək deyib: "Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində aralarında səmimi, etimada söykənən münasibətlərin olduğu prezidentlər Vladimir Putinin İlham Əliyevin mühüm rolu varXüsusi olaraq qeyd etmək istəyirəm ki, həm Federasiya Şurası Milli Məclis uzun illərdir  qarşılıqlı fəaliyyət göstərirlər".

Xanım Valentina Matviyenko Rusiya Azərbaycanın yaxınlaşmasında, xüsusən humanitar sahədə əlaqələrin möhkəmlənməsində mühüm rola malik olan Bakı Beynəlxalq Humanitar Forumunu mötəbər dialoq məkanı adlandırıb. O həmçinin, Azərbaycanda rus dilinin qorunub saxlanılması təbliği istiqamətində görülən işlərin Rusiyada yüksək qiymətləndirildiyini bildirb. Azərbaycanı bir çox humanitar tədbirlərə ev sahibliyi edən dünyada multikulturilizmin qorunub inkişaf etdirilməsi üçün multikulturalizmin mükəmməl Azərbaycan modelini ortaya qoyan bir dövlət kimi dəyərləndirib. Eyni zamanda  Azərbaycanda Rusiyanın aparıcı ali məktəblərinin filiallarının, rus dilində təhsil verən məktəblərin fəaliyyət göstərməsini, uzun illər ərzində Rus Dram Teatrı digər mədəniyyət ocaqlarının öz işini davam etdirməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının rəhbərliyinə minnətdarlığını bildirib.

Həqiqətən , Azərbaycan özünün tolerantlıq multikultural dəyərlərin təbliği təşviqi istiqamətindəki fəaliyyəti ilə artıq dünyanın bir çox ölkələri üçün örnəkdir ən qürurverici hal odur ki, həmin dövlətlər bunu açıq etiraf edirlər.

 Paralelin
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.068712949752808