İcbari tibbi sığorta bizə nə verəcək?

Gələn il Azərbaycanda İTS-nın tətbiqinə başlanacaq

 

 İcbari tibbi sığorta (İTS) dünyada geniş yayılan, tibbi xidmətdə həmrəylik prinsipinə əsaslanan bir sistemdir. Burada bütün vətəndaşlar xəstələnsə , xəstələnməsə , sistemi maliyyələşdirən fondlara hər hansısa formada vəsait ödəyir. Kimsə təsadüfən xəstələndikdə isə onun cibində müalicə müayinə xərclərini qarşılamaq üçün pul olmasa belə, əlindəki sığorta kartı ilə dövlətin zəmanət verdiyi tibbi xidmətlərdən pulsuz istifadə edə bilir. Həm vətəndaş səhhətində kiçik bir narahatlıq hiss edən kimi, həkimə müraciət etməyə meyilli olacaq, çünki tibbi xidmətlər pulsuz həyata keçirilir. İTS-in üstünlükləri yalnız bununla da məhdudlaşmır. Belə ki, vətəndaş İTS-dən istifadə edərək tibbi xidmət aldığı zaman ona göstərilən xidmətə üçüncü tərəf - sığorta agentliyi nəzarət edir. Bütün müayinə müalicənin keyfiyyəti agentlik tərəfindən yoxlanılır, qiymətləndirilir xidmətin haqqı ödənilir. Bu sistemin yuxarıda qeyd etdiyimiz nəzarət forması həkimləri məsüliyyətli olmağa vadar edir ki, onların göstərdiyi xidmətdə agentlik hər hansı bir qüsur tapa bilməsin, əks halda agentlik xidmətin ödənişindən imtina etmək hüququna malikdir. Bu halda həm vətəndaş başqa bir xəstəxananı seçmək imkanı əldə edir. Əslində, İTS-nın bu aləti tibbi xidmət bazarında rəqabət mühitinin formalaşmasına xidmət etməlidir, bir şərtlə ki, agentliyin verdiyi qərarlar ədalətli olsun, hər hansı bir tibb müəssisəsini himaye etməsin, bütün tibb müəssisələrinə eyni gözlə baxsın.

İTS-in maliyyələşdirilməsi üçün işçilər öz maaşlarından, şirkətlər isə işçilərinə görə, dövlətin müvafiq qrumları isə təqaüdçülər, uşaqlar işsizlər üçün ödənişlər edir. Vətəndaşların İTS haqqını birbaşa tibb müəssisəsinə ya onun işçilərinə ödəməsi qadağandır. Ödənişlər yalnız ağentliyin müvafiq fonduna ya şirkətlərdən dövlət orqanlarından köçürmə, ya da plastik kartlar vasitəsi ilə həyata keçirilməlidir.

Hal-hazırda Mingəçevir Yevlax rayonlarında həyata keçirilən pilot layihəyə görə sığorta haqqı yığılmır. Bu pilot-layihə olduğundan sözügedən iki rayonda rəsmi qeydiyyatda olan vətəndaşlar İTC-da nəzərdə tutulan bütün xidmətlərdən rüsum ödəmədən istifadə edə bilərlər. Lakin gələcəkdə vətəndaşlar yalnız yuxarıda qeyd etdiyimiz qaydada rüsum ödədikdə İTS-dan faydalana biləcəklər. Təklif var ki, tələbələr aztəminatlı əhali qrupu da dövlət tərəfindən maliyyələşdirilən kateqoriyaya daxil edilsin.

İTS-ya daxil edilən xidmətlərə gəldikdə isə qanunda nəzərdə tutulduğuna görə onun əhatə dairəsi kifayət qədər genişdir. Agentlik rəsmilərinin mediaya verdiyi müsahibələrdə qeyd edilir ki, ilkin səhiyyə, ambulator, laborator, stasionar müayinə-müalicə təminatı, dəyəri yüksək, həyati vacib əməliyyatlar ilə əhatə olunan 1800-dən çox xidmət İTS-nin baza zərfinə daxildir. İTS baza zərfinə daxil edilən bütün xidmətlər zamanı istifadə edilən dərmanlar tibbi ləvazimatlara görə ödənişlərin agentlik tərəfindən qarşılanması nəzərdə tutulub. Digər tibbi xidmətlərdən isə vətəndaşlar öz hesablarına ödəniş etməklə faydalana biləcəklər.

Sistemin səmərəli işləməsi üçün bütün digər şərtlərlə yanaşı vətəndaşların da aktivliyi həlledici amillərdən biridir. Gələn ilin ё yanvar tarixindən fəaliyyətə başlayacaq İTS barədə vətəndaşlarımız hər vəchlə məlumat almağa can atmalı, layihə çərçivəsində öz haqlarının müdafiəsində aktiv iştirak etməlidirlər. İndiki rüşvətxor, korrupsiyalaşmış məmur ordusunun çalışğı bir sistemdə vətəndaş aktivliyi olmadan İTS layihəsi digər sosial layihələr kimi iflasa uğraya bilər. Artıq bunun siptomları görünməkdədir. Belə ki, İTS-nın tətbiqinə cəmi 6 ay qalsa da, vətəndaşların bu layihədən necə yararlanmaları barədə maarifləndirmə işləri demək olar ki, aparılmır. Halbuki indi bütün televizyalarda, sosial şəbəkələrdə bu istiqamətdə sosial-maarifləndirmə çarxları yerləşdirilməlidir ki, vətəndaş etməli olduğunu bilsin. Hökumət bu məsələdə maraqlı olmasa da, vətəndaş can atmalıdır, çünki bu layihənin səmərəli işləməsi həm  ondan asılıdır, həm onun rifahının yaxşılaşdırılması üçündür, bu layihə vasitəsilə ən azı, səhiyyə xərclərini bir neçə dəfə azaltmaq mümkündür.

 

 

 

Akif Nəsirli

0.099350929260254