Bakıda qadın özünü 11-ci mərtəbədən atdı

İyunu 2-də Bakıda 35 yaşlı qadın 11 mərtəbəli binanın pəncərəsindən özünü atıb.

Bu barədə paralel.az-a Nizami rayon Prokurorluğundan məlumat veriblər.

Onun Rübabə Əbülqasım qızı Muradova olduğu bildirilir.

Hadisə saat 09:00 radələrində Özbəkistan küçəsində qeydə alınıb.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

İlkin məlumata əsasən, intihar ailə-məişət problemi zəminində baş verib.

0.16681718826294