Maştağa sakini həyətində bir tona yaxın çətənə becərib - FOTO

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Əhməd Quliyev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ə.Quliyevə məxsus bağ evinin həyətindəki ümumi sahəsi 880 kvadratmetr olan iki ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yoli ilə yetişdirilən, çəkisi 921 kiloqram olan 4021 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Ə.Quliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib. Saxlanılan şəxsin məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq
olub. İstintaq zamanı Ə.Quliyevin paytaxt və eləcə də, bölgələrdə narkotik maddələrin satışını həyata keçirən narkotacir olduğu məlum olub.

Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

0.45139718055725