Qoşqar Təhməzli: "Abşeronu xəstəlikdən azad zona elan edəcəyik"

23:28:00

 

Abşeronun xəstəliklərdən azad zona elan edilməsi üçün çalışırıq.

paralel.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

Agentlik sədri qeyd edib ki, bunun üçün hazırlıq tədbirləri həyata keçirilir:

“Müvafiq dövlət qurumları ilə birgə biz Abşeronu xəstəlikdən azad zona elan edəcəyik. 2019-2025-ci il Dövlət Proqramı çərçivəsində heyvanların identifikasiyasını və onun bütün mərhələlərdə izlənmə prosesini həyata keçirəcəyik”.

Q.Təhməzlinin sözlərinə görə, hazırda Abşeron ərazisində həm fərdi təsərrüfatların, həm də sahibkarlıq strukturlarında olan təsərrüfatların qeydiyyatı aparılır.

“Qeydiyyat prosesi bitdikdən sonra elan verəcəyik və müvafiq qaydada Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının qoyduğu prosedur qaydalara əsasən, tədbirlərimizi həyata keçirməyə başlayacağıq”, - agentlik sədri bildirib.

İlhamə Əbülfət

0.056207180023193