Ağcabədi əhalisini Şahin Məmmədovun zülmündən kim xilas edəcək? - rayon sakinləri soruşur...

Ağcabədi ölkəmizin ən qədim diyarlardan biridir. Neçə - neçə dahilər yetirən bu gözəl əyalət hazırda ən çətin dövrünü yaşayır. Ölkəmiz müstəqillik  qazansa da, Ağcabədililər bu gözəl nemətin ləzzətini bir - birini arda - arda əvəz edən rüşvətxor və dağıdıcı icra başçılarının pis əməlləri üzündən hiss edə bilmirlər.

Rayon sakinlərinin, xüsusən fermerlərin, iş adamlarının, xırda ticarətlə məşğul olanların, sahibkarların, rayon əhalisinin qatı düşməninə çevrilmiş icra başçısı Şahin Məmmədovun, müavini Rövşən Əliyevin və digər məmurların əlindən bezdiklərini camaat açıq dilə gətirir.

Ağcabədi rayonunda durumun necə pis, dözülməz olduğunu seyr etmək, Şahin Məmmədovun və onun tabeliyində olan məmurların rayon əhalisinin başına hansı oyunlar açdığını görmək üçün rayon əhalisinin şikayətini əks etdirən YouTube kanalına yerləşdirilmiş saysız - hesabsız videolara baxmaq kifayətdir.

Bu videolardakı heyrət doğuran görüntüləri izlədikcə Ağcabədi rayonunun orta əsr feodal qaydaları ilə idarə edilməsinin mövcudluguna heç bir şübhə yeri qalmır. Bu isə həm xalqa, həm dövlətə, həm də gecə - gündüz dövlətimizin güclənməsi, xalqımızın rifahının yaxşılaşması üçün çalışan ölkə Prezidentinin pak-pakizə işlərinə açıq - aşikar ləkə salmaqdır.

Şahin Məmmədovun rayon əhalisinə qarşı hər cür eybəcər metodlardan istifadə edib, rüşvətxorluq, korrupsiya ilə əhalini talaması rayonda böyük etiraz doğurur. İnsanların dediyinə inansaq, başçının hegemonluğuna yuxarıdan son verilməsə, yaxın zamanda ötən il Gəncə icra hakimiyyəti basçısının ğüllələnməsi hadisəsinin Ağcabədidə də təkrar olma ehtimalı çox yüksəkdir.

Ağcabədidə olduğumuz qısa müddətdə icra başçısının rayonda qurduğu korrupsiya və rüşvətxorluq toru və Bakıda və xaricdə başçıya məxsus olan otel və villalar barədə insanlardan aldığımız hədsiz faktlar insanda dəhşət və heyrət yaradır. Yaxın günlərdə həmin heyrət doğuran faktları ictimaiyyətə təqdim edəcəyik.

Bizi izləyin.

Murtuza

0.1208291053772