Əfsanəvi Hacı Muradın cənazəsi Qaxdan Dağıstana aparılacaq

İmam Şamilin naibi (köməkçisi) məşhur Hacı Muradın cənazəsi Qaxdan Dağıstana aparılacaq və təkrar dəfn olunacaq.

Risuya KİV-lərinin məlumatına görə, dəfn mərasimi Hacı Muradın doğma kəndi – Xunzaxda baş tutacaq.

Təşkilatı komitənin sədri Məhəmməd Əmirxanov bildirib ki, söhbət qəhrəmanın məhz Azərbaycanda 1852-ci ildə bastırılan qalıqlarından gedir.

O həmçinin bildirib ki, Hacı Muradın bədən sümükləri ilə birlikdə Sankt-Peterburqun Kunstkamerasında saxlanılan başı da dəfn oluna bilər. Hələlik bu məsələ müzakirə mövzusudur.

Öncə Hacı Muradın varisləri onun cənnazəsinin doğma torpağa tapşırılmasını dəfələrlə tələb ediblər.

 

0.47685694694519