Azərbaycanın daxili və xarici siyasətində müxtəlif mədəniyyətlər və dinlər arasında körpülərin yaradılması xüsusi yer tutur

Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı zənginləşməsinəxalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur

 Son zamanlar dünyada baş verən bir çox prosesləri məhz qloballaşma ilə əlaqələndirməyə çalışırlar ki, bu da öz növbəsində dinlər millətlər arasında bir sıra anlaşılmazlıqlara yol açır. Məsələn, bir sıra Avropa dövlətlərinin multikulturalizmin iflasa uğraması iddiasından sonra, bu ölkələrdə istər dini, istərsə milli zəmində gərginliyin yarandığı açıq müşahidə olunur. Son illər dünyada lokal müharibələrin, separatizm terrorizim kimi halların da sayı xeyli artıb. Bunların fonunda dünyada dinlərarası, hətta məzhəblərarası münasibətlərin gərginləşdiyi heç kimdə şübhə döğurmur. Ona görə , bu hallar bəşəri birgəyaşayışa təhlükə təhdid kimi qəbul olunmalı buna qarşı birgə mübarizə aparılmalıdır. Bu da danılmaz həqiqətdir ki, bütün bunlara baxmayaraq, Azərbaycan da daxil olmaqla, bir çox sülhsevər ölkələr bəşəriyyətin qurtuluşunu dilindən, dinindən, milliyyətindən asılı olmayaraq xalqların əmin-amanlıq şəraitində birgəyaşayışında görür. Ölkəmizin paytaxtında gerçəkləşən Altıncı Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələlərə toxunaraq deyib: "Bu gün həm siyasətçilər, ictimai xadimlər, həm media təmsilçiləri tərəfindən multikulturalizmlə bağlı çox ziddiyyətli fikirlər səsləndirilir. Bu məsələ ilə bağlı vahid yanaşma olmalıdır burada heç bir ziddiyyətli fikrə yer ola bilməz. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki təcrübəsi təqdirəlayiqdir gözəl nümunə ola bilər. Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi milli həmrəylik , məhz bu dəyərlərə əsaslanır".

Multikulturalizmin iflasa uğradığını iddia edən dövlətlərdən fərqli olaraq, ölkəmizdə mültikulturalizmin inkişaf etdirilməsinə qorunmasına göstərilən diqqət qayğının nəticəsidir ki, Azərbaycan bu gün dünyanın ən mötəbər hümanitar tədbirlərinin keçirildiyi məkana çevrilib. Multikulturalizmin  Azərbaycan modeli isə bütün sivil cəmiyyətlərə nümunə kimi təqdim olunur. Azərbaycan multikulturalizminin dünyada təbliğində mühüm yer tutan qurumlardan biri , Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir. Bu Mərkəzin reallaşdırdığı layihələr, həyata keçirdiyi müxtəlif formatlı tədbirlər dünyanın bir çox yerlərində maraqla qarşılanır. Belə tədbirlərdən birinə qatılan Azərbaycan respublikasının Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev qeyd edib ki, təkcə Los-Ancelesdə 1 milyona yaxın erməni yaşayır. Onlar burada öz təbliğatların quraraq reallıqdan uzaq, yanlış məlumatlar yaymaqla məşğuldurlar. Konsulluq da öz növbəsində, bu kimi halların qarşısını almaq, Azərbaycan həqiqətlərini  insanlara döğru-dürüst çatdırmaq üçün müxtəlif tədbirlər həyata keçirir. Konsulluq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə sıx əməkdaşlıq edir: "Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bu Mərkəz böyük rol oynayır. Bizim məqsədimiz Azərbaycan həqiqətlərini Los-Ancelesdə yaşayan insanlara çatdırmaqdır. Ölkəmizin həqiqətlərini yaymaq bu istiqamətdə təbliğatı gücləndirmək əsas

vəzifəmizdir". Bu da məlumdur ki, müxtəlif mədəniyyətlərə dini etiqadlara mənsub xalqlar yüzilliklər ərzində Azərbaycan ərazisində sülh əmin-amanlıq şəraitində yaşayıblar. Ölkəmizdə milli dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması danılmaz faktdır. Bu, Azərbaycan xalqının həm  güc mənbəyidir, həm həyat tərzidir.

 Azərbaycanda gördüyü multikultural tolerant mühitdən danışan ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının üzvü Conni Mur insanların sülh şəraitində birgəyaşayışının önəmini qeyd edərək bildirib ki, ölkəmizdəki tolerant multikultural mühitə heç yerdə rast gəlməyib: "Mən çox çətin bir zamanda İraqda oldum. Orada insanlarla söhbət etmək imkanı əldə etdim. Onların necə çətin vəziyyətdə yaşadıqlarını gördüm. Bundan sonra dünya ölkələrinin dinlə bağlı model axtarışlarına başladım. Məqsədim tətbiq edilən modellərlə tanış olmaq qarşıdurma hallarının qarşısını almaqda hansı modelin daha məqsədəuyğun olduğunu aşkar emək idi bunu bacardım. Getdiyim ölkələrdə araşdırmalar apardım bir çox məlumatlar əldə etdim. Öyrəndim ki, Azərbaycanda fərqli dinlərin, məzhəblərin nümayəndələri çox qədim zamanlardan bir yerdə yaşayıblar. Belə vəziyyət bu gün dünyaya bir nümunədir".

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının üzvü Conni Mur Azərbaycan multikulturalizmi modelinin dünyaya nümunə olduğunu deyən çoxsaylı insanlardan biridir heç şübhəsiz ki, bu sahədə Azərbaycan həqiqətlərinin Amerikada yayılması istiqamətində mühüm işlər görə bilər.

Azərbaycanda mövcud olan tolerant multikultural mühitdən danışan  ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper qeyd edib ki, multikulturalizm həm mədəni plüralizmin inkişafına şərait yaradır. O bildirib ki, multikulturalizmin müxtəlif modelləri var Azərbaycan multikultural dəyərlərin dünyada təbliği istiqamətində çox böyük layihələr həyata keçirən bir ölkədir. Bu baxımdan Azərbaycanın multikulturalizm siyasəti dünya ölkələri üçün bir örnək ola bilər.

Belə misalların sayını artırmaq da olar. Məlumdur ki, Bakı Beynəzxalq multikulturalizm Mərkəzinin (BBMM) istər ölkə daxilində, istərsə xarici ölkələrdə həyata keçirdiyi bütün tədbirlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə öz mühüm töhfələrin verir.

Ölkəmizdə müxtəlif dini konfessiyaların öz ayinlərini icra etmələri üçün hər cür şərait yaradılıb. Bugünkü tolerant, inkişaf etmiş sivil Azərbaycanda multikulturalizmin beynəlmiləlçiliyin uğurlu adaptasiyası da, bu modelin parlaq təcəssümüdür. Bu da Azərbaycanda etnik dini tolerantlığın yüksək səviyyədə olduğunu bir daha təsdiq edir.

Azərbaycan həm multikulturalizmin müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərini özündə birləşdirən bir dövlətdir. Tolerant cəmiyyətdə isə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə bağlıdır. Bu bağlılıq isə millətlər dinlər arasında bərabərliyi harmoniyanı təmin edir.

Bəzi Avropa dövlətlərinin multikulturalizmin iflasa uğraması barədə iddialarına baxmayaraq, Azərbaycan özünün multikulturalizm modelinin həm Avropada təbliğinə böyük əhəmiyyət verir bu istiqamətdə fəaliyyət göstərir. Bu baxımdan Latviyanın paytaxtı Riqa şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən "Birləşmiş Avropa layihəsinə yeni baxış" adlı konfrans da böyük marağa səbəb olub.

Tədbirdə çıxış edən Latviya parlamentinin spikeri İnara Murnietse ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu dilə gətirərək bildirib ki, bu kimi konfranslar Avropada münasibətlərin dərinləşdirilməsində əhəmiyyətli rol oynayır. O həmçinin, Avropa ölkələrinin tarix boyu ciddi çağırışlara məruz qaldığını qeyd edərək bildirib ki, Avropa qaçqın miqrant problemləri ilə üzləşdiyi bir zamanda siyasi iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəllik təhdidləri aradan qaldırmaq barədə düşünməlidir. Bu təhdidlərin aradan qaldırılması üçün isə qarşılıqlı anlaşma, əməkdaşlıq dialoq mühüm əhəmiyyət kəsb edir.

Keçən ilin noyabır ayında Avropanın başqa bir dövləti Almaniyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Berlində bir sıra görüşlər keçirib.

Bu görüşlərdə Azərbaycanın öz multikultural dini tolerantlıq dəyərlərini, eləcə mədəniyyətlər dinlər arasında əməkdaşlıq təcrübəsini dünya ölkələri ilə bölüşmək niyyəti bu məqsədlə beynəlxalq tədbirlər həyata keçirməsi yüksək qiymətləndirilib. Bu baxımdan, Berlində keçirilən "Dinlər mədəniyyətlərarası əməkdaşlıqdan dialoqa doğru" konfransının uğurlu təşkil edildiyi, Almaniya digər dünya ölkələrinin dini icmalarının, eləcə siyasi, elmi mədəni dairələrinin orada yüksək səviyyədə təmsil olunduqları görüş iştirakçılarının diqqətinə çatırılıb. Prezident İlham Əliyevin dəstəyi ilə həyata keçirilən beynəlxalq tədbirlərin insanların multikulturalizm tolerantlıq ruhunda maarifləndirilməsinə, dünyada sülhün əməkdaşlığın təşviqinə mühüm töhfə verdiyi bildirilib bu qəbildən olan tədbirlərin davamlı surətdə keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

Şeyx həzrətləri multikulturalizm dini tolerantlığın Azərbaycan xalqının milli ruhundan irəli gəlməklə yanaşı, həm dövlət siyasəti olduğunu bildirərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir, müstəqil Azərbaycanın bugünkü daxili xarici siyasətində bu dəyərlərin təşviqi, ölkəmizin etnik, dini mədəni müxtəlifliyinin qorunub saxlanılması, eləcə müxtəlif mədəniyyətlər dinlər arasında körpülərin yaradılması xüsusi yer tutur.

Azərbaycan nümayəndə heyəti, görüş iştirakçıları ilə dünyada vicdan azadlığının təmin olunması, dini radikalizmlə ksenofobiya ilə mübarizə kimi mövzuları müzakirə edib, ölkəmizin bu sahələrdəki təcrübəsi nailiyyətləri barədə ətraflı məlumat veriblər. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb, torpaqlarımızın 28 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasına baxmayaraq, ölkəmizin bu münaqişənin sülh yolu ilə həlli istiqamətində çalışdığını tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

Paralelin
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.11181592941284