Ədəbi söz məktəbi...

Total yığıncaqlara ehtiyac?

 

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ərəfəsində ölkənin istənilən strukturunda müxtəlif səpkili tədbirlər keçirilir. Bu tədbirlər təkcə yaradıcılıq, yəni ədəbiyyat, incəsənət ya mədəniyyət müəssisələriylə məhdudlaşmır. Təhsil müəssisələrində dahi Azərbaycan şairinin yubileyi münasibətiylə silsilə tədbirlər həyata keçirilir.

Ona dahi Azərbaycan şairi deyirik bu mövzuda tədqiqat aparanlardan, araşdırmalar həyata keçirənlərdən deyil, ona qədər, ilk pillədən addımını atanlardan bəhs edirik. Bəli, orta təhsil müəssisələrində təşkil edilən yubiley tədbirlərindən danışırıq bu məqamda, istənilən təşkilatçılığın müsbət mənfi tərəfinin daim qoşa addımladığını söyləməyə məcburuq.

... Bugünlərdə orta məktəblərin birində Nəsiminin 650 illik yubiley tədbiri keçirildi məktəblilər öz çıxışlarıyla dahi şairimizin yaradıcılığına ani bir baxış sərgilədilər. Doğrudur, tədbirin ssenarisi, orda hansı şeirlərin seçilməsi, geyim, o dövrün ümumi ab-havasını yaratmaq, sözsüz ki, hansısa bir orta məktəbin imkanları səviyyəsində deyil. Bu mənada, tədbirdə iştirak edən məktəblilərin səhnədə çıxış edən öz şagird yoldaşlarının primitiv aktyor oyununa, şeir söyləməsinə, kağızdan düzəldilmiş qılıncına, Əmir Teymurun geyiminin sərkərdəyə deyil, sıravi bir şəxsə geyindirilməsinə tutduğu iradı hardasa başa düşmək olar. Yəni sıravi bir məktəbin akt zalı möhtəşəm bir teatr səhnəsi deyil, onun səhnə geyimləri, aksessuarlar, texniki vasitələr ya akustika baxımından geniş səhnələrlə ayaqlaşması tam mümkünsüzdür. Sıravi bir orta məktəbin öz imkanları səviyyəsində, yəni bir təhsil müəssisəsi kimi yubiley tədbirlərinə qoşulması hardasa, təqdirəlayiq sayılmalıdır...

Söhbət, əslində, problem ondadır ki, tədbiri hazırlayan müəllimlər onu hansı auditoriyaya ünvanladıqlarını öncədən gözə almalıydılar. Yenə deyirik, böyük, yaxud, kiçik səhnələrdə tədbirlər gerçəkləşdirmək dahi şairin yaradıcılığına kölgə salmır, bunu ən azı, klassiklərimizə diqqət onlara əsrlər sonrası hörmət kimi başa düşmək olar. İş ondadır ki, sıradan biri olmaq, hamı yubileylə bağlı tədbirlər keçirir deyə, onlara qoşulmaq tendensiyası yaxşı deyil. Yəni hansı səviyyədə hazırlanmasından asılı olmayaraq, diqqətin özü hörmətlə qarşılanmalıdır. Nəsimini anlamayan, onun poeziyasından xəbərsiz, dahi şairin fəlsəfəsinə bələd olmayan şagird kollektivini tədbirdə iştirakçı eləmək, məcburi tamaşaçıya çevirməyin xoşagəlməz nəticələrini görmək qaçılmaz məqamlar olmalıydı. Nəsiminin edam səhnəsini azyaşlı şagirdlərə göstərməyin anlamda olmasından danışmırıq hələ, bu məqamda onu uğursuz formatda olsa da, tamaşaçı-məktəbliyə göstərəndə şagirdlərin adekvat reaksiyasını demək istərdik. Həmin səhnəni oynayanınMəndə sığar iki cahanqəzəlini dodaqaltı səsləndirməsinə münasibətdə, öz şagird yoldaşlarından zaldanBelə qəzəl deməkdənsə, Afətin o mahnısını oxutsaydılar, bundan yaxşı olardısözlərini eşitməsi günümüzdə baş verənlərin hamısını özündə cəmləşdirir... Məktəb öz növbəsində cəmiyyətin bir parçasıdır cəmiyyətin kim haqda deməsi, necə düşünməsi bu kiçik, həssas kollektivə sızır.

Beləcə, çox danışmaq istəməzdim bu barədə, qısaca olaraq, öncəki fikrimi bir daha bəyan edirəm həssas oxucuya, dinləyiciyə, tamaşaçıya cümlə həmvətənlərimə. Dahilərimizi, klassiklərimizi ucuzlaşdırmayaq, sıradan geri qalmamaq üçün onları bayağı, primitiv, “yolaverəntədbirlərin mövzusu, “qəhrəmanıetməyək. Diksiyası olmayanları səhnəyə çıxarmaqla həm onları, həm özümüzü utandırmayaq, bir , intonasiyasız şeirləri qəzəllərlə, nəsri nəzmlə qarışdırmayaq.

Nizam, düzən pozulur onsuz da, “Pəncü-şeşoxuyanların hikkəsi nəsimisevərlərin müdafiə barrikadasını yararaq sosial aləmdən efirlərə, evlərə, az qala şüurlaradək yol alıb. Heç olmasa, başdansovdu hazırlanan, dilucu söylənən, ayaq-üstü baxılan tədbirlərdən vaz keçək. Məqsəd Nəsiminin yubileyinə töhfə verməkdirsə, onu bu şəkildə təqdim etməyək. Belə məqamlardaBacardığımız budurarqumentini deyil, “Ən yaxşısına layiq!” devizini əsas gətirək.

Dahilərimiz üçün hər şeyin yaxşısını edə bilmiriksə, lütfən, susaq ; zatən onların tədbir xatirinə tədbir keçirənlərlə, “biz varıqdeyənlərlə müqayisədə, belə total yığıncaqlara ehtiyacı da yoxdur. 600 ildən çox keçən müddət yüzillərin güzgüsündə onların dahi möhürünü külli-dünyaya göstərib. Söz dühalarınınədəbi məktəbini öz məktəbimizlə qarışdırmayaq.

 

 

Nigar Orucova

0.059852123260498