Azərbaycan beynəlxalq arenada dinlərarası dialoqun aparıldığı mərkəzə çevrilib

Dövlətimiz təkcə İslam dininin deyilbütün dinlərin dini-mədəni irs nümunələrinə sahib çıxır

 

Multikulturalizm tolerantlıq təkcə islam təmayüllü cəmiyyətlər üçün deyil, bütün sivil cəmiyyətlər üçün mütləq vacib, mükəmməl birgəyaşayış formasıdır. Çünki multikulturalizmin tolerantlığın olmadığı cəmiyyətlərdə islamafobiya, ksenofobiya, antisemitizm, terror digər anti-insani, anti-bəşəri təzahürlər baş qaldırır öz çirkin niyyətlərini gerçəkləşdirmək üçün münbit şərait tapır.

Dini dözümlülük mahiyyət  etibarı ilə multikultural bir din olan İslam dininin ən müqəddəs aylarından biri-(ayların Sultanı) Ramazan ayı insanlar arasında həmrəylik, birlik, nəfsin qorunması, pis əməllərdən çəkinmək kimi mənəvi dəyərləri özündə cəm etməklə, bəşəriyyətdə sülhün bərqərar olmasına çağırış ayıdır. Bu müqəddəs ayda açılan iftar süfrələri birliyə, bərabərliyə, insanlar arasında dostluğa, qardaşlıqa xidmət edir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsinə qatılan orada çıxış edən dövlətimizin başçısı, Prezident İlham Əliyev , bu müqəddəs ayın fəzilətlərindən söz açaraq İslam dininin dostluq qardaşlıq dini olduğunu bir daha vurğulayıb.

İftar mərasimi "Qurani-Kərim"dən ayələrin Ramazan duasının oxunması ilə başlayıb.

Təqdirəlayiq haldır ki, mərasimə müsəlman din xadimlərilə yanaşı, Rus Pravoslav Kilsəsinin Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete qatılıb öz çıxışlarında bütün müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik ediblər.

İftar mərasimində çıxış edən dövlətimizin başçısı İlham Əliyev, artıq ənənə halını alan bu mərasimlərin dövlət-din münasibətlərinin bariz nümunəsinə çevrildiyini diqqətə çatdıraraq bildirib ki, bu münasibətlərin təməlində Ulu Öndər Heydər Əliyev Şeyx həzrətləri dayanır onların şəxsi dostluğu, xalq Vətən qarşısında gördükləri işlər bugünkü Azərbaycanın uğurlu inkişafına şərait yaradıb. Prezident İlham Əliyev bildirib ki, dünyada gərginliyin davam etdiyi bir vaxtda Azərbaycanda sabitliyi qorumaq, xalqın rifahını yaxşılaşdırmaq ölkəmizi mümkün risklərdən qorumaq bizim əsas vəzifəmizdir. "Biz müasir dövlət qurmuşuq. O dövlət ki, dərin milli-mənəvi təməl üzərində qurulub". Prezident İlham Əliyev İslam dəyərlərini milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi kimi xarakterizə edərək bildirib ki, Azərbaycan İslamı olduğu kimi, sülh, mərhəmət dini olaraq dünyaya çatdırır bu fəaliyyəti bundan sonra da davam etdirəcək.

Prezident həmçinin qeyd edib ki, müsəlman ölkələri ilə dostluq qardaşlıq əlaqələrinə malik olan Azərbaycan bütün müsəlman ölkələri ilə sıx əməkdaşlıq edir, beynəlxalq müstəvidə bir-birini daim dəstəkləyir Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfələrini verir.

Mərasimdə həmçinin, Azərbaycan xalqının ən ağrılı problemlərindən olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. "Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq", - deyən dövlətimizin başçısı Cocuq Mərcanlı kəndinin orada Şuşa məscidinin bənzərinin inşa olunmasının xalqımızın əyilməz ruhunu təcəssüm etdirdiyini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda tarixi, dini abidələr qorunur son illərdə yüzlərlə məscid tikilib, yaxud əsaslı təmir olunub. Bu da məlumdur ki, ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədə tənzimlənir bütün dünya bu reallıqları bilir qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparıldığı mərkəzə çevrilib. Prezident Azərbaycanın uğurlu, dayanıqlı inkişafının bundan sonra da təmin olunacağını, ölkə qarşısında duran vəzifələrin icra ediləcəyini əminliklə dilə gətirib.

İftar mərasimində çıxış edən Şeyx həzrətləri bütün qonaqları səmimi salamlayaraq, onlara bu mübarək tədbirə qatıldıqları üçün təşəkkür edib. Şeyx həzrətləri xüsusən dövlət rəhbəri, möhtərəm  Prezident İlham Əliyev cənablarına məclisdə iştirak etdiyinə görə Azərbaycan dindarları adından şəxsən öz adından salam-dualarını dərin minnətdarlığını bildirib: "Qurani-Kərimin nazil olduğu, duaların qəbul edildiyi mübarək Ramazan ayında İftar mərasimində Sizinlə görüşmək böyük dəyər kəsb edən əlamətdar ənənəyə çevrilib. Bu qardaşlıq məclisini bizlərə əmanət etmiş böyük insan, dahi dövlət xadimi, mənim unudulmaz, əziz qardaşım - Ulu Öndər Heydər Əliyevdir.

Hər il biz onun şəxsiyyətinin dəyər miqyasını, ucalıq müdriklik zirvəsini bir daha kəşf edir, əziz xatirəsini böyük ehtiramla yad edirik. Heydər Əliyev bizə müstəqil dövlət, möhkəm din-dövlət münasibətləri, nadir multikultural mədəniyyət nümunəsini əmanət etdi. Xalqımıza, dövlətimizə müdrik rəhbər bəxş etmiş dahi Heydər Əliyevə möhtərəm Zərifə xanıma Allah rəhmət eləsin, ruhları şad olsun!".

Allahşükür Paşazadə öz çıxışında bildirib ki, Azərbaycan torpagına qədəm basan hər kəsin şahidi olduğu tərəqqi uğurların təməlində dövlət rəhbərliyinin fəaliyyəti müdrik siyasəti durur: "Sizin həyata keçirdiyiniz siyasətin yaşam gücü dövlət - xalq birliyində, Prezident - vətəndaş həmrəyliyindədir. Bu, həm siyasi, həm mənəvi baxımdan ən düzgün yoldur".

Bu, danılmaz bir faktıdır ki, Azərbaycan tarixən dinlərarası tolerantlıq multikulturalizm mühitinin təşəkkül tapmasına böyük önəm verib. Mədəniyyətlərarası əməkdaşlığa dair onillik tarixə malik "Bakı prosesi"nin müəllifi , məhz Prezident İlham Əliyevdir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə beynəlxalq aləmdə genişmiqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğ etməsi, ümumbəşəri dəyərlərə diqqət himayəsi Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsinə xidmət edir, dünyaya təqdim olunan multikulturalizmin Azərbaycan modeli sivilizasiyalararası dialoq, dinlər mədəniyyətlərarası əməkdaşlığın inkişafına öz töhfəsini verir bu proses durmadan davam etdirilir.

Prezident İlham Əliyevin dünya səviyyəsində qəbul olunan qlobal ideyalarından ilham alan hər bir insan, o cümlədən dindarlar da bir çox beynəlxalq tribunalardan Azərbaycanın multikulturalizm tolerantlıq modelini böyük qürurla təqdim edir.

Prezidentin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılan Bakı Beynəlxalq Dinlər Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin məqsəd məramı Azərbaycan multikulturalizm modelinin yaradılması inkişafına dair qlobal ideyaları təbliğ etməkdir. Məhz bu məramla, bu ilin iyununda Mərkəz tərəfindən BMT-nin Cenevrə İnsan haqları qlobal dialoq mərkəzi, habelə KAİCİİD Beynəlxalq dinlərarası mədəniyyətlərarası dialoq mərkəzinin həmtəşkilatçılığı, Azərbaycanın Avstriyadakı səfirliyi, Avstriya dövlətinin ali dəstəyi iştirakı ilə Vyanada 10-dan artıq beynəlxalq təşkilatın, 40-a yaxın ölkənin 300-ə yaxın din dövlət nümayəndələrinin, elm ictimaiyyət xadimlərinin iştirakı ilə Beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.

Qloballaşan dünyamızın bir çox ölkələrində mənəvi dəyərlərə qarşı savaş açıldığı, islamofobiya, antisemitizm zəminində təqiblərin, terrorun, ekstremizm radikallığın artdığı, multikulturalizmin iflasa uğradığı iddia olunduğu mürəkkəb bir zamanda müxtəlif qitə nümayəndələrinin, din mədəniyyət təmsilçilərinin Azərbaycan Prezidentinin elan etdiyi multikulturalizm, İslam həmrəyliyi kimi qlobal əhəmiyyətli ideyalar ətrafında bir araya gəlməsi, heç şübhəsiz ki, dövlətimizin Prezidentimizin uğuru qələbəsidir. Bu gün Azərbaycan iqtisadi, siyasi, mədəni sahələrdə liderliyi ilə yanaşı, dünya çapında dini-mənəvi dəyərlərin inkişafına böyük töhfələr verən multikulturalizm mərkəzi kimi tanınır. Azərbaycanda beynəlxalq ictimaiyyəti narahat edən problemlərin həlli yönündə dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri arasında səmərəli fikir mübadiləsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Millətlərarası Münasibətlər, Multikulturalizm Dini Məsələlər Şöbəsi Prezidentin irəli sürdüyü bütün təşəbbüslərin tam həyata keçirilməsi üçün yeni layihələr üzərində işləyir reallaşması istiqamətində əməli işlər görür.

Belə əməli işlərdən biri , ölkəmizin 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilən birinci Sammitinin davamı olaraq, sivilizasiyalararası dialoqun inkişafına daha bir töhfə verməyə hazırlaşmasıdır. Belə ki, Prezident İlham Əliyev Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi barədə sərəncam imzalayıb. Müxtəlif dini konfessiyalar arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə önəmli töhfə olacaq bu beynəlxalq tədbirin dəyərini isə zaman dünya ictimaiyyəti verəcək.

Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə təmin olunması da, dövlətimizin multikultural dəyərlərə tolerantlığa verdiyi dəyərdən milli-mədəni irsin dirçəlişinə göstərdiyi maddi mənəvi dəstəkdən qaynaqlanır.

Azərbaycan dövləti təkcə İslam dininin deyil, bütün dinlərin dini-mədəni irs nümunələrinə sahib çıxaraq, ölkəmizdə, həmçinin ölkə xaricində xristian   yəhudi məbədlərinə , eyni dərəcədə diqqət himayə göstərir ki, bu da dünya ictimaiyyəti tərəfindən təqdir olunur.

 Paralelin
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.1260929107666