Şəkərli diabet və Ramazan

“Journal of Community Medicine and Health Education” jurnalında dərc olunan elmi məqaləyə görə, Ramazanın ilk günlərində oruc tutan sağlam insanlarda qanda orta qlükoza miqdarının aşağı düşməsi müşahidə olunur. Habelə orucluğun təxminən 20-ci günündə bu göstərici normallaşır. Sonradan şəkər miqdarı cüzi artsa da, bütün bu dəyişikliklər şəkər miqdarı normalarını aşmır.

Ramazan zamanı diabetə yaxşı nəzarət edən və oruc tutan insanların qanında qlükoza miqdarının kəskin dəyişkənlikləri müşahidə olunmur. Bununla belə, Ramazan ayında oruc tutan bəzi diabet xəstələri qəbul olunan qidanın növü, tərkibi və miqdarından, dərman qəbulu və idman hərəkətlərinin nə dərəcə müntəzəm olduğundan, sahur və ya iftarda mədənin həddən artıq qida və içki ilə yüklənib-yüklənməməsindən asılı olaraq, qanda qlükoza miqdarının dəyişkənliyini hiss edib.

Diabet xəstələrinin iştirakı ilə Ramazan vaxtı aparılmış tədqiqatlarda onların bədən kütlələrinin sabit qaldığı və ya cüzi dəyişildiyi (ola bilsin, həyat tərzi ilə xüsusilə qida keyfiyyəti və miqdarı və fiziki aktivlik səviyyəsi ilə əlaqədar) müəyyən edilib.

Başqa bir tədqiqatda Ramazan ayında və ya Ramazan ayından sonra oruc tutanlarda HbA1 miqdarı (qanda hemoqlabin göstəricisi, 3-4 ay ərzində qanda orta şəkər miqdarını göstərir), serumda fruktozamin miqdarı, insulin miqdarı və C-peptid miqdarında hər hansı ciddi dəyişiklik müşahidə olunmayıb.

C-peptid (ingilis dilində connecting peptide, “birləşdirici peptid” adlandırmaq da olar) proinsulinin peptidazlara ayrılması nəticəsində formalaşır və insulin ifrazının göstəricisi hesab olunur.

Oliqopeptid insulindən fərqli olaraq, şəkər miqdarına hər hansı təsir göstərir. Ancaq o diabetli xəstələr üçün son dərəcə vacibdir: artıq elmdə isbat olunub ki, onların çatışmazlığı bir sıra fəsadların ortaya çıxmasına səbəb olur.

Ramazanda oruc tutan və öz diabetlərinə düzgün nəzarət edən insanlarda gündəlik qəbul olunan kalori miqdarlarının azalması müşahidə olunub.  

Diabetinə düzgün nəzarət etməyən və ya ümumiyyətlə, nəzarət etməyən insanlarda isə oruc tutan zaman bəzi metabolik fəsadlaşmalar, məsələn, qipoqlikemiya (qanda şəkər miqdarının aşağı düşməsi), ketozlu hiperqlikemiya (orqanizmin maye itkisi) və trombozun (damarların tutulması) üzə çıxması mümkündür.

Hiperqlikemiya dərman qəbuluna etinasız yanaşan və iftardan sonra bir neçə saat ərzində yeyib-içən insanlarda formalaşa bilər. Adətən, belə insanlarda plazmanın qlükoza miqdarında xəfif dəyişkənliklər müşahidə olunur.

Qidalanma zamanı plazmadakı qlükoza miqdarı artır. Mədəaltı vəzi bunu tez aşkarlayaraq, insulin ifrazını artırır (mədəaltı vəzi hormonunun əsas funksiyalarından biri məhz qanda qlükoza miqdarını aşağı salmaqdır), qaraciyərdən xaric olan qlükoza miqdarını azaldır, perifrik qlükozanın utilizasiyasını artırır.

Diabet xəstələrində birinci fazalı insulin sekresiyası itkisi və proinsulin və parçalanmış proinsulin miqdarının artımı müşahidə olunur. Bu azad piy turşularının və triqliseridlərin çoxalmasına gətirib çıxarır.

Qlükaqon miqdarı isə yüksək olaraq qalır və qaraciyərdə qlükoza miqdarı da düzgün tənzimlənə bilmir. Bütün bunlar postprandial hiperqlikemiyaya (qida qəbulundan sonra qanda şəkər artımı) yol açır.

Məlum olduğu kimi, hətta təcrid olunmuş postprandial hiperqlikemiya belə ölümcül ürək-damar xəstəliklərinin inkişafı riskini artırır.

Sevinc İbrahimova

Şəkərli diabetiniz varmı və siz oruc tutursunuzmu?
0.11554408073425