Rusiya səmasında “peyk qatarı” – VİDEO

Rusiyanın Ural və digər qonşu bölgələrinin sakinləri gecə səmada 60 rabitə peykindən ibarət “qatarın” valehedici görüntüsünü seyr edib.

Dünyanı daha ucuz və sürətli internetlə təchiz etmək məqsədi daşıyan peyk qrupu mayın 24-də İlon Maskın “SpaceX” şirkəti tərəfindən orbitə buraxılıb.

Orbitdə peyklər zəncirvarı şəkildə mövqe tutub. Rusiyanın bir çox bölgələrinin sakinləri onları gecə səmasında teleskop və ya digər yaxınlaşdırıcı cihazlar olmadan belə görə bilib.

0.10446310043335