Kürdəmirdə yol qəzası yanğınla nəticələndi - FOTO

Kürdəmirdə yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün avtomobil yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində olub.

Kürdəmir rayon sakini, 55 yaşlı Kərimov Tahir Vəkil oğlu “Mercedes” markalı avtomobillə Ucar istiqamətində hərəkətdə olarkən ona arxadan gələn, Kürdəmir rayon sakini, 35 yaşlı Qəniyev Natiq Fariz oğlunun idarə etdiyi eyni markalı avtomobilin zərbəsinə tuş gəlib.  

Nəticədə Tahir Kərimova məxsus avtomobil yanmağa başlayıb.Hadisə yerinə Kürdəmir rayon FHN-nin yanğından mühafizə idarəsinin texnikası və canlı qüvvəsi  cəlb olunub. Yanğının yaxınlıqdakı əraziyə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev

0.12805604934692