Yaponiyada iki gəmi toqquşub – İtkin düşənlər var

Tokiodan şərqdə Tiba prefekturasından 11 km aralıda Yaponiyaya məxsus iki yük gəmisi toqquşub.

paralel.az bildirir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Hadisə nəticəsində gəmilərdən biri batıb. Göyərtədə olan beş heyət üzvündən dördü itkin düşüb. Gəminin kapitanı isə xilas edilib.  

Məlumata əsasən, hadisə gecə saatlarında, dumana görə yaranmış pis görmə şəraiti səbəbindən baş verib. Batan gəmi Osaka şəhərinə 1,6 min ton polad daşıyırdı.

0.062794923782349