Oğuzda ağır qəza – Ölən var

Oğuzda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həyatını itirib.

paralel.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında Oğuzun Dəymədərə kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

 

0.052605867385864