İmişlidə Cabbarov qardaşlarının davası qanla bitdi

İmişlidə qardaş qardaşı bıçaqlayıb.

paralel.az-ın Aran müxbirinin verdiyi məlumata görə, rayon sakini Cabbarlı Taleh Tahiroğlu qardaşı Cabbarlı Cabbar tərəfindən bıçaqlanıb. 

T. Cabbarlı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə iki qardaş arasında baş verən münaqişə zəminində olub.

Faktla bağlı araşdırma aparılır.

0.11376309394836