Azərbaycan dünyada sülh mühitinin və harmonik birgəyaşayışın hakim olduğu nadir məkandır

Bütün xalqların milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunduğu multikulturalizm azərbaycançılıq ideologiyasının tərkib hissəsidir

 Müasir dünyamızda baş verən son hadisələr, sözün həqiqi mənasında çox mürəkkəb proseslərin astanasında olduğumuzu göstərir. Dini milli zəmində baş vermiş kimi təqdim olunan bir çox proseslərin arxasında qlobal siyasətin durduğuna burada dindən sadəcə bir alət kimi istifadə olunduğuna da heç bir şübhə  yeri qalmır

Bu vəziyyətdən çıxmağın yeganə yolu, multikulturalizmi tolerantlığı inkişaf etdirməklə, beynəlxalq əməkdaşlığa dialoqa nail olmaqdır. Bunun üçün isə birlik həmrəylik əsas şərtdir. Bir ölkə daxilində yaşayan bütün xalqların dinlərin, bir regionda mövcud olan bütün dövlətlərin, ümumiyyətlə, bəşəri bigəyaşayışı təmin edəcək bir əməkdaşlığa birliyə ehtiyac var, bu gün

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsi , məhz bu ideyaya əsaslanır.

Ulu Öndər Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində bu barədə deyir: "Azərbaycançılıq- öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək hər bir insanın inkişafının təmin olunması deməkdir".

Başqa bir çıxışında Ümummilli Lider bəyan edir: "Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratik dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, millətlərə, dinindən, irqindən siyasi mənsubiyyətlərindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir".

Bununla da Ümummilli Lider Azərbaycanın çoxmillətli bir dövlət olduğunu, eləcə azərbaycançılıq məfkurəsinin sosial-fəlsəfi mahiyyətini şərh edərək, bu ideologiyanın tərkib hissəsi olaraq ölkəmizdə yaşayan bütün xalqların özünəməxsus milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunduğunu, yəni multikulturalizmin azərbaycançılıq ideologiyasının tərkib hissəsi olduğunu xüsusi qeyd edir.

O, azərbaycançılıq məfkurəsini dövlət ideologiyası səviyyəsinə qaldırmaqla yanaşı, həm Azərbaycanda multikulturalizm siyasətinin banisi memarı kimi çıxış edir.

Ümummilli Lider xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdığı ilk gündən ölkəmizdə yaşayan azsaylı xalqların, etnik qrupların hüquq azadlıqlarının qorunmasına, onların maddi-mənəvi tələbatlarının ödənilməsinə böyük həssaslıqla yanaşır bu məsələni daim öz diqqətində saxlayırdı. Onu da qeyd etmək lazımdır ki, məhz Ulu Öndərin təşəbbüsü göstərişi ilə milli azlıqların ədəbiyyatının, dilinin, adət-ənənələrinin mühafizəsi inkişaf etdirilməsi üçün hüquqi baza yaradılıb, azsaylı xalqların milli kimliyinin qorunmasına əsaslı təminat verilib.

Məhz Ulu Öndərin əsasını qoyduğu multikulturalizm siyasəti Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə təminatına əsas verdi bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Ulu Öndər Heydər Əliyev həm ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində bir çox yeniliklərə imza atmaqla bəşəri birgəyaşayışın qaçılmaz olduğunu diqqətə çatdırıb. Məsələn, o, Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tərəfindən verilən iftar mərasimində Azərbaycandakı bütün dini konfessiya liderlərinin dövlət başçısı ilə bir süfrə ətrafında yığışmaq ənənəsinin əsasını qoyub ki, belə bir tolerantlıq nümunəsi dünyanın heç bir yerində müşahidə olunmayıb

16 noyabr Beynəlxalq Tolerantlıq Günü Azərbaycanda ilk dəfə 1999-cu ildə, məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ölkəmizdəki bütün dini konfessiyaların başçılarının iştirakı ilə qeyd olunub.

Multikulturalizmin azərbaycançılıq məfkurəsinin tərkib hissəsi olduğunu qeyd edən Ulu Öndər Heydər Əliyev ölkəmizdəki müsəlmanlara, xristian yəhudi icmalarına əlamətdar dini günlər bayramlarla bağlı təbrik məktubları ünvanlaması, onların müraciətlərinə böyük diqqət qayğı ilə yanaşması da, dövlət-din münasibətlərinin tənzimlənməsində mühüm rol oynayıb. Buna nümunə kimi, malokanların kompakt yaşadıqları İsmayıllı rayonunun İvanovka kəndini göstərmək olar. Məsələn, sovet rejiminin süqutundan sonra həmin kəndin rus əhalisi Heydər Əliyevə müraciət edərək İvanovkadakı kolxoz kənd təsərrüfatı sisteminin saxlanılmasını xahiş edirlər Ulu Öndər bu kəndin əhalisinin xahişinə böyük həssaslıq göstərərək kənddə kolxoz təsərrüfatının saxlanılması barədə göstəriş verir. Bu da şübhəsiz ki, bu kəndin sakinləri üçün həyati əhəmiyyət kəsb edən qərar olur. Məhz bu qərar sayəsində həmin kənddəki malokan icması öz varlığını qoruya bilib.

Heydər Əliyevin Azərbaycanda multikultural dəyərlərin qorunması inkişafı sahəsinə verdiyi töhfələr o qədər çoxdur ki, bu barədə cild-cild kitablar yazmaq olar. Bunun özü onu deməyə əsas verir ki, bütün ictimai-siyasi fəaliyyəti boyu Azərbaycanda tolerant dəyərlərin dini-etnik müxtəlifliyin qorunmasına böyük əhəmiyyət verən dahi lider mültikulturalizm siyasətinin sözdə deyil, əməldə həyata keçirilməsi üçün bütün imkanları yaradıb daim bu proseslərə dəstək verib.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə multikulturalizm siyasətinin bir sıra Qərb dövlətlərində iflasa uğradığı barədə iddialar meydana gəlsə , ölkəmizdə bu siyasət vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində böyük nailiyyətlərin əldə olunması, Azərbaycan dövlətinin bu sahədə gerçəkləşdirdiyi müsbət fəaliyyətin nəticəsidir. Prezident İlham Əliyev 2-3 may tarixlərində Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində bu məsələyə toxunaraq deyib: "Multikulturalizm bizim üçün həyat tərzidir. Bu söz nisbətən yeni olsa da, biz həmin ab-havada əsrlər boyu yaşamışıq. 2016- ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması onu sübut edir ki, biz dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək istəyirik... Bizim üçün multikulturalizm həm siyasətimizin mühüm elementlərindən biridir. Azərbaycanda multikulturalizm üzrə beynəlxalq mərkəz yaradılıb. Biz bu dəyərləri təşviq edir multikulturalizmin böyük gələcəyinin olduğunu nümayiş etdiririk...".

Bunu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi olan multikulturalizm onun xarici siyasətinə müsbət təsir göstərir daha konkret desək, onun səmərəliliyini artırmağa imkan verir. Azərbaycan dövlətinin daxili siyasətinin tərkib hissəsi olan multikulturalizmin onun xarici siyasətinə təsir etməsinini təsadüf deyil, bir növ qanunauyğunluq hesab etmək olar. Çünki bu qanunauyğunluq daxili xarici siyasət arasında olan münasibətdən irəli gəlir. Bu münasibətdə daxili siyasət xarici siyasətə münasibətdə müəyyənedici rol oynayır. Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü, beynəlxalq hüququn prinsiplərinə uyğun olması üçün zəmin yaradır. Yaxud, əksinə, ölkədaxili vəziyyətin qeyri-sabit, böhranlı olması dövlətin xarici siyasətinin təcavüzkarlığına, onun beynəlxalq hüquq normalarına məhəl qoymamasına şərait yaradan əsas səbəblərdən birinə çevrilir.

 Əgər ölkə daxilində Azərbaycan Respublikasının multikulturalizm siyasəti cəmiyyətdəki etnik, irqi, dini mədəni müxtəlifliklərin onların əsasını təşkil edən dəyərlərin qorunmasına səbəb olursa, ölkələrarası münasibətlərdə bu siyasət etnik, dini, irqi mədəni mənsubiyyətlərindən asılı olmayaraq bütün ölkələrlə Azərbaycanın hərtərəfli əlaqələrinin inkişafına təkan verir. Bu da öz növbəsində, dünya miqyasında mədəniyyətlərarası sivilizasiyalararası dialoqun inkişafı üçün əlverişli şərait yaradır. Odur ki, bu istiqamətdə ölkəmiz böyük uğurlara imza atıb. Belə uğurlardan biri kimi son on ildə siyasi leksikona daxil olan "Bakı prosesi"ni qeyd edə bilərik.

Artıq qlobal hərəkata çevrilən "Bakı prosesi" müxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. Prezident İlham Əliyev tərəfindən ilk dəfə irəli sürülən Azərbaycan multikulturalizminin beynəlxalq münasibətlər sistemində təzahürü olan bu təşəbbüs çərçivəsində mədəniyyətlərarası sivilizasiyalararası dialoqun inkişafına xidmət edən bir çox nüfuzlu beynəlxalq tədbirlər Azərbaycanda keçirilib.

Dövlətimizin başçısı martın 14-16-da Bakıda keçirilən VII Qlobal Bakı Forumundakı çıxışında "Bakı prosesi"nin önəmini belə ifadə edib: "Azərbaycan müxtəlif ölkələrlə yaxın əməkdaşlıq imkanından istifadə edərək "Bakı prosesi" start verdi. Ötən il biz "Bakı prosesi"nin 10-cu ildönümünü qeyd etdik. Bu, bizim İslam Əməkdaşlıq Təşkilatına Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərini birgə toplantıya dəvət etməyimizlə başladı. Bu, çox uğurlu oldu beləliklə, növbəti il biz daha bir görüş keçirdik sonra, BMT tərəfindən dəstəklənən bu format "Bakı prosesi" adlandırıldı. Bu, 100-dən çox ölkəni əhatə edən həmin iki böyük beynəlxalq təşkilat arasında qarşılıqlı əlaqə müzakirələrin yeganə formatıdır".

Bir daha qeyd edirik ki, Ulu Öndərin memarı olduğu Azərbaycanın multikulturalizm siyasətinin əhəmiyyətini beynəlxalq ekspertlər, xarici diplomatlar, KİV nümayəndələri, ölkəmizə səfər edən qonaqlar daima vurğulayır, öz çıxışlarında bu siyasətin dünya üçün bir model olduğunu qeyd edirlər. Məsələn, tanınmış çilili jurnalist Markos Borkoski "Azərbaycan: dini birgəyaşayışın vadisi" başlıqlı məqaləsində yazır: "Azərbaycan müsəlman ölkəsidir, amma burada katolik, pravoslav məzhəblərinə yəhudi dininə etiqad edənlər sülh, harmoniya qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu gün bu barədə yazmaq xəyal, təxəyyül ya inanılası çətin hekayə kimi səslənə bilər. Amma bu, bir həqiqətdir, reallıqdır".

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının üzvü, Xristian Liderlərin Təriqətlərarası Konqresinin banisi Coni Mur dini etiqad azadlığı sahəsində Azərbaycan həqiqətlərini belə ifadə edib: "Mən Azərbaycanda birlikdə namaz qılan sünni şiə din xadimləri, birgə ibadət edən pravoslav protestant xristianları, əmin-amanlıqda yaşayan yerli yəhudi icmasını gördüm".

Beləliklə, Ulu Öndər Heydər Əliyevin memarı olduğu multikulturalizm siyasəti sayəsində bu gün Azərbaycan dünyada ümumbəşəri, universal dəyərlərin qorunduğu, sülh mühitinin harmonik birgəyaşayışın hakim olduğu nadir məkan kimi tanınır. Azərbaycan bütün dünyaya özünün multikulturalizm siyasəti vasitəsilə etnik-mədəni müxtəlifliyin ən mütərəqqi tənzimlənmə modellərindən biri olan multikulturalizmin Azərbaycan modelini təqdim edir.

Bununla da bəşəri birgəyaşayışın harmoniyasına öz töhfəsini vermiş olur.

 Paralelin
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.054781913757324