Şüvəlanda münaqişə qabırğaların sınması il nəticələnib

Bakının Xəzər rayonunda 41 yaşlı kişi döyülüb.

paralel.az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsidə yerləşən “Mayak” yaşayış massivi, Almas İldırım küçəsində baş verib.

1978-ci il təvəllüdlü Qasımov Əlvan Elbrus oğlu öz tanışı tərəfindən döyülərək xəsarət alıb.

Yaralı dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Ona qabırğaların sınığı diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

0.11039710044861