Qarabağ generalları Paşinyanı devirmək üçün and içib

Ermənistanın “Jamanak” qəzeti qondarma Dağlıq Qarabağ Respublikasının general və oliqarxlarının baş nazir Nikol Paşinyanı devirmək  üçün əlbir olduğunu yazıb. Qəzet bildirib ki, bu barədə danışıqlar Ermənistanın ən məşhur oliqarxlarından birinin iqamətgahında baş tutub. Görüşü Ermənistanın keçmiş müdafiə naziri Samvel Karapetyanın təşkil etdiyi bildirilir.

Görüş iştirakçıları arasında məşhur biznesmen Samvel Aleksanyan da olub. Onların Paşinyanı devirmək üçün əllərindən gələni əsirgəməməyə dair and içdiyi  bildirilir.

Xəbər çıxdıqdan az sonra Samvel Aleksanyan bu sövdələşmədə iştirak etmədiyini bəyan edib.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan material dərc olunan gün bildirib ki, hakimiyyət müxalifətçi qüvvələrin xain planlar qurmasından şübhələnir. Lakin o bu barədə çox açıq danışmamağı məsləhət bilib.

Qriqoryan bu işdə daxili və xarici qüvvələrin əlbir olduğunu söyləyib.

Qeyd edək ki, Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında uzun müddətdir davam edən fikir ayrılığı getdikcə dərinləşir. Paşinyan separatçıların lideri Bako Saakyanı xəbərdar etsə də, Bako Saakyanın yaxın ətrafındakılar Paşinyana və Ermənistan hakimiyyətinin digər üzvlərinə qarşı tənqidlərini dayandırmırlar.

0.055333852767944