Sumqayıtda sərnişin avtobusu qəza törətdi - VİDEO

Bu gün axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info-ın məlumatına görə, Müşfiq qəsəbəsindən Sumqayıt şəhərinə hərəkət edən 50-AE-457 dövlət nömrə nişanlı sərnişin avtobusu “Nissan” markalı 90-VB-910 dövlət nömrə nişanlı  minik maşını ilə toqquşub. Hadisə Sumqayıtın “Sülh” küçəsində qeydə alınıb.

Hazırda polislər qəzanın hansı sürücünün səhvinə görə baş verməsini araşdırır. Qəza nəticəsində xəsarət alan olmayıb.

 

0.089145183563232