SUBARU Avtomobil Mərkəzində müştəriləri soyur və incidirlər

Bəylər Əyubbovun şirkətində qayda-qanun yoxdur

Azərbaycanda fəaliyyət göstərən avtomobil mərkəzlərinin məmur-oliqarxlara məxsus olduğu hər kəsə məlumdur. 10 ilə yaxındır Bəylər Əyubova məxsus olan, Bakı-Sumqayıt Şossesi, 6-cı km-də yerləşən HONDA və SUBARU Avtomobil Mərkəzinin xidmətindən istifadə edirəm. Bugünədək buradan iki avtomobil almışam. Avtomobillər Yaponiya istehsalıdır. Keyfiyyəti pis deyil, amma hissələrin və usta işinin qiyməti hədsiz dərəcədə yüksəkdir.


Servisdə çalışan ustaların peşəkarlığı yüksək deyil, orta səviyyəlidir, gördükləri işin keyfiyyətinə etibar etmək çətindir. Avtomobillərin və hissələrinin qiymətlərinin hədsiz bahalığı bir yana, sevisdə çalışan işçilər müştərilərin məlumatsızlığından istifadə edib, onları soymaqla məşğuldular. Servisdə xidmətin bütün növləri çox keyfiyyətsizdir. Avtomobilinə xidmətə gələn insanlarla kobud davranırlar. Müdirlə görüşüb şikayət etmək mümkün deyil. Şikayət etsən belə, həmin şikayətə baxan yoxdur. Servisdə natəmizlik hökm sürür, bu cür çirkab içində olmaq hər kəs üçün adi haldır.
Qeyd etdiyimiz mənfi hallara görə, SUBARU Avtomobil Mərkəzinin servis xidmətində istifadə edənlərin sayı getdikcə hər gün azalır.


Güman edirəm ki, qeydimlə tanış olan mərkəz rəhbərliyi göstərilən nöqsanların ortadan qaldırılması üçün lazımı tədbir görəcəklər.

ABBAS

0.12046098709106