Azərbaycanlılara qarşı terrorun başlanğıcını hələ ötən əsrin əvvəllərində eməni şovinistləri qoyublar

Dini radikalizmə, terrorizmə ekstremizmə qarşı mübarizədə media təmsilçilərinin üzərinə mühüm vəzifələr düşür

 Terror bütün forma təzahürləri ilə bəşəriyyətə qarşı cinayətdir. Onun hansı dinin, yaxud millətin təmsilçiləri tərəfindən törədilməsi , heç bir halda terrorun məğzini mənasını dəyişmir. Terror, terrordur bütün sivil cəmiyyətlər müasir dünyamızda bu bəlaya qarşı birgə mübarizə aparmalıdır. Bəşəriyyəti təhdid altında saxlamağa cəhd edən bu qlobal bəlanın ilk əvvəl haradan qaynaqlandığını demək çətindir. Lakin bir məlum həqiqət var ki, bütün dünyada əsrlər boyu tolerant dözümlü xalq kimi tanınan azərbaycanlılara qarşı terrorun başlanğıcını hələ ötən əsrin əvvəllərində erməni şovinistləri qoyublar. Bu fakt tarixə 1918-ci il "mart soyqırımı" kimi düşüb. Daha bir əsr əvvəl ermənilərə qucaq açan, onlara öz torpaqlarında yaşamaq haqqı tanıyan azərbaycanlılara qarşı törədilən bu soyqırım, sözün həqiqi mənasında ermənilərin dərəcədə nankor murdar bir xalq olduğunu açıq şəkildə ortaya qoydu. Bu da məlumdur ki, erməni şovinistləri təkcə azərbaycanlılara yox, bu ərazilərdə yaşayan bütün xalqlara etnik qruplara qarşı soyqırımı həyat keçiriblər ki, onların arasında yəhudilər xüsusi yer tutub.

Martın 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində "Terror multikulturalizmə qarşı" layihəsi çərçivəsində "1918-ci il mart soyqırımı yəhudilər" mövzusunda II beynəlxalq elmi konfrans keçirilib.

Konfransda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya soyqırımlar həyata keçirməsindən söz açıb. R.Həsənov qeyd edib ki, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilən kütləvi qırğınlardır.

Bu da tarixi faktdır ki, "böyük Eermənistan" dövləti yaratmaq xülyasına düşən erməni şovinistləri öz məqsədlərinə çatmaq üçün hər cürə çirkin  vasitələrdən istifadə edərək Cənubi Qafqazda, o cümlədən Azərbaycan torpaqlarında yaşayan digər xalqlara qarşı da soyqırım siyasəti yürüdüblər. Bu siyasətin qurbanları sırasında ta qədim dövrlərdən bəri ölkəmizin ərazisində məskunlaşan yəhudi xalqının nümayəndələri olub.

Bu da danılması mümkün olmayan bir faktdır ki, erməni millətçiləri tarix boyu xalqımıza qarşı etnik təmizləmə soyqırım siyasəti yürüdüblər azərbaycanlılarla yanaşı, bu bölgələrdə yaşayan bütün xalqların nümayəndələri , bu siyasətin qurbanı olublar. Tarixi faktlara diqqət yetirsək görərik ki, erməni şovinistlərinin törətdiyi cinayətin qurbanları arasında Azərbaycanda yaşayan yəhudilərin sayı az deyil. Qeyd etmək lazımdır ki, bəşəriyyətin ən böyük cinayətlərindən hesab olunan 31 mart soyqırımına Ulu Öndər Heydər Əliyev dəqiq,-dürüst, siyasi-hüquqi qiymət verilb O, bunu bəşəriyyətə qarşı cinayət adlandırıb.

1918-ci ilin mart qırğını ermənilərin Azərbaycanda yaşayan bütün millətlərə qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırım siyasətinin ən qanlı mərhələlərindən biridir. Ermənilərin törətdiyi bu cinayət, həm onların apardığı monoetnik siyasətin tərkib hissəsidir. Ermənilər bu soyqırımla bölgəni erməniləşdirməyə çalışıblar. Bu məqsədlə erməni terrorçuları Quba rayonunun yəhudi əhalisini qadın, kişi, qoca, cavan demədən kütləvi şəkildə qırıblar.

1918-ci ilin mart qırğınlarından danışan Bakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev vurğulayıb ki, Azərbaycanda ermənilərin törətdiyi soyqırım dünya tarixində yəhudilərin başına gətirilən digər faciələrdən heç az olmayıb. Ermənilər bu gün soyqırım siyasətini davam etdirirlər. Onlar təkcə insanları qətlə yetirməklə kifayətlənmir, tarixi abidələri məhv edir, tarixi saxtalaşdıraraq faktları erməniləşdirməyə çalışırlar.

Azərbaycan isə tarixin bütün dönəmlərində tolerantlıq məkanı olub. Məhz buna görə , bu gün Avropada da Azərbaycanın tolerantlıq modeli öyrənilir. Çünki Azərbaycanın tolerantlıq ənənələri bütün xalqların rahat yaşamasına imkan verir. Ancaq erməni şovinistləri tarixən bu modelin məhvinə çalışıblar. Onlar təkcə azərbaycanlılara yox, bu coğrafiyada yaşayan digər xalqlara qarşı soyqırım siyasəti aparıblar bu gün öz məkrli niyyətlərinə çatmaq üçün terrorun bütün formalarından yararlanırlar.

Müasir dünyamızda terror təkcə ermənilərin deyil, eləcə dünyada multikulturalizmin, tolerantlığın inkişafını istəməyən bir çox aşkar gizli qrupların həyata keçirdiyi bəşəri cinayətkarlıq siyasətidir. Məlumdur ki, Azərbaycan, eləcə bir çox digər dünya dövlətləri bu bəlaya qarşı öz səylərini birləşdirərək mübarizə aparır müəyyən nailiyyətlər əldə olunub.

Bu nailiyyətlərin daha geniş miqyasda yayılması üçün heç şübhəsiz ki, Kütləvi İnformasiya Vasitələri öz səylərini artırmalıdır. Bunun üçün    aprel ayının 16-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Dini-ideoloji təhlükəsizlik media" mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, bəzi qrupların öz maraqlarını təmin etmək üçün din amilindən istifadə etməsi, dini milli-mənəvi dəyərlərin bəzi maraqlı qüvvələrin alətinə çevrilməsi, xüsusilə son dövrdə dinin siyasiləşdirilmiş formada yayılması təqdim edilməsinin təhlükələri, eyni zamanda, bu istiqamətdəki təhdidlərin qarşısının alınmasında medianın üzərinə böyük vəzifələr düşür. Mübariz Qurbanlı qeyd edib ki, ölkədə dini təhlükəsizliyin tam təmin olunması gənc nəslin sağlam ideologiyada yetişməsində böyük rol oynayır. Bu məsələdə müxtəlif dövlət qurumları ilə yanaşı, medianın da üzərinə müəyyən məsuliyyət düşür. Cəmiyyətdə milli kimliyin formalaşmasında mətbuatın önəmli yerə malik olduğunu deyən Komitə sədri əlavə edib ki, ziyalılarımız jurnalistlər insanların dini radikalizmdən uzaq olmaları üçün təbliğat işini daha da genişləndirməlidir.

Qeyd etmək lazımdır ki, dini mövzularda yazan Azərbaycan jurnalistləri kifayət qədər peşəkarlıq nümayiş etdirir bu istiqamətdə aparılan təbliğat işinə yardım etməyə çalışırlar. Bu gün açıq etiraf etmək olar ki, ölkəmizdə dini etiqad azadlıqları təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı hörmət əsasında fəaliyyət göstərir. Bununla belə, qeyd etmək lazımdır ki, Azərbaycanda dini sabitliyə xaricdən idarə olunan müəyyən təhdidlər hələ tam aradan qaldırılmayıb. Lakin Azərbaycan güclü dövlətdir hüquq-mühafizə orqanları bu təhdidlərin qarşısını almaq iqtidarındadır. Dövlət qeyri-dövlət qurumları da, dini mövzuda yazan media nümayəndələrinin məlumatlandırılması istiqamətində mühüm işlər görür. Artıq bu mözuda sanballı məqalələrlə çıxış edən müəlliflərin bir çoxu diqqət mərkəzindədir onların fəaliyyəti yüksək dəyərləndirilir. Bütün bu işlərdə əsas məqsəd vətəndaşları sağlam dini biliklərlə təmin etmək, maarifləndirmə işini genişləndirməkdir. Əgər bu məsələləri lazımınca həll edə bilsək, zərərli təmayüllər aradan qalxacaq.

Bunun üçün jurnalistlərin, ümumiyyətlə, bütün cəmiyyətin düzgün dini biliklərə sahib olması lazımdır. Eyni zamanda, dövlət təhsil müəssisələrində dini bilikləri ehtiva edən fənlərin tədris olunması da vacib məsələlərdən biridir. Bu gün dövlət dini mühitin zənginləşdirilməsi istiqamətində mühüm işlər görür, bu sahəyə diqqət qayğının artırılması sayəsində mühüm nailiyyətlər əldə olunub.

Bununla belə, qeyd etmək lazımdır ki, Şərqin Qərbin qovuşağında yerləşən bir coğrafi məkan kimi, ölkəmizdə mövcud olan dini ideologiyaya Qərbdən Şərqdən olan təsirlər az deyil. Bu təsirlərin qarşısının alınmasında medianın, xüsusilə sosial medianın elmin roluna diqqət etmək lazımdır. Çünki media müasir dövrdə cəmiyyətin ən vacib institutlarından biridir hər bir ölkədə, eləcə bütövlükdə dünyada baş verən hadisələr cəmiyyətə məhz media tərəfindən ya onun vasitəsilə təqdim olunur. Bütün bu məqamlar mətbuatın gücünü dəyərləndirmək məsələsini aktuallaşdırır daha da əhəmiyyətli müstəviyə qaldırır. Belə ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrinin fəaliyyəti xüsusi önəm daşıyır radikal dindarlara qarşı mübarizədə media təmsilçilərinin üzərinə böyük öhdəliklər düşür.

Bütün qeyd olunanlarla bərabər, bu gün böyük əminliklə deyə bilərk ki, bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda bu sahədə həmrəylik, tolerantlıq mühiti mövcuddur. Bu sabitliyi gözü götürməyən qüvvələr media, əsasən sosial medianın imkanlarından istifadə edərək məzhəb ayrı-seçkiliyi, dini qarşıdurma yaratmağa cəhd edirlər. Burada da əsas yeri XXI əsrin ən böyük fenomeni sayılan internet tutur. İnternet sayəsində informasiya mühitində jurnalistika sahəsində əsaslı dəyişikliklər müşahidə edilir ki, bunların da hamısı müsbət xarakterli olmur. Buna görə , ələlxüsus gənclərimizi həmin şəbəkələrdən qorumaq lazımdır.

Milli-mənəvi dini dəyərlərimizin təbliğ təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında, həmçinin dini radikalizmə, terrorizmə ekstremizmə qarşı mübarizədə media təmsilçilərinin üzərinə mühüm vəzifələr düşür. Bu gün böyük əminliklə deyə bilərik ki, Azərbaycan jurnalistləri bu işin öhdəsindən gəlmək gücündədir.

 Paralelin
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.057708024978638