Qadınlara qarşı zoraklığa yox deyək!

Qadınlara qarşı zorakılıq, qadın hüquqlarının yalnız kağız üzərində bərqərar olması kimi hallar bu gün gündəmin əsas mövzularından biridir desək yanılmarıq. Yəni, söz-söhbətlər öz yerində, dövlətin bu istiqamətdə gördüyü işlər, qəbul etdiy qanunlar var onların işlək mexanizmi hansı səviyyədədir

Bu məsələlərə aydınlıq gətirmək üçün Bakı şəhəri 20 saylı vəkil bürosunun tanınmış vəkili Rövşən Qasımova müraciət etdik:

- Rövşən bəy, qadına qarşı zorakılıq, qadın hüquqlarının tapdalanması kimi anlayışlar bir hüquqşünas kimi sizcə nələri ehtiva edir?

- Qadınlar döyülmək üçün ailə qurmurlar. Qadınlar uşaqlarını küçəyə atılmaq üçün dünyaya gətirmirlər. Qadınlar xoşbəxt olmaq üçün nikaha daxil olurlar. Müstəqilliyin əldə edilməsi ilə ölkəmizdə gender bərabərliyinin qanunvericilik bazasının yaranması yönündə dövlətin ardıcıl siyasəti həyata keçirilib, milli dövlət quruculuğu siyasətinin təməl prinsiplərinə çevrilib. Qadın siyasətinin müəyyən edilməsi, cəmiyyətdə onun statusunun yüksəldilməsi, inkişafın prioritetləri sırasına aid edilib. Dövlətin uzun müddətli qadın siyasətinin əsasları qoyulub həyata keçirilib.

- Bu qanuni baza yetərlidirmi ki, respublikamızda qadın hüquqları tam təmin olunsun?

- Bu gün Azərbaycan hüquqi dövlət, vətəndaş cəmiyyət prinsiplərinə cavab verən insan hüquqları sisteminin yaradılması yönündə çoxmiqyaslı fəaliyyət göstərir. Həmçinin, bəzi ağrılı məqamlara baxmayaraq, hazırkı dövrdə azərbaycanlı kişinin ənənəvi olaraq keçmişdə azərbaycanlı qadına bəslədiyi münasibət real olaraq aradan qalxıb. Burada gender bərabərliyinin təmin edilməsinə xidmət edən qanunvericilik bazasının yaradılması xüsusi yer tutur.

Mərhum Ulu Öndər Heydər Əliyev 14 yanvar 1998-ci ildə "Azərbaycan Respublikasında qadınların rolunun artmasına dair tədbirlər haqqında" fərman imzalayıb, 6 mart 2000-ci il tarixində isə "Dövlət qadın siyasətini həyata keçirilməsi sahəsində ən mühüm istiqamətləri" müəyyənləşdirilib.

- Sizcə, təkcə qanunlar bütün problemləri çözə bilirmi?

- Prezident İlham Əliyevin başçılığı ilə davam etdirilən siyasət nəticəsində əldə edilən nəhəng uğurların böyük qismi , Azərbaycan vətəndaşının sosial-iqtisadi rifahının artırılması ilə bağlıdır. Çünki dövlət başçısının qeyd etdiyi kimi, ölkədə həyata keçirilən islahatların magistral meyli- sosial yönümlü olması ilə seçilir.

 2006- ildə Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin fəaliyyətinin ümumi prinsipləri əsas məqsədi ilk növbədə Azərbaycan qadınının problemlərini həll etməyə, onları minimuma endirməyə yönəlib. Bu gün Azərbaycanda qadın hüquqlarının gender bərabərliyinin keşiyində duran 150- yaxın sənəd imzalanıb. Biz insan qadın hüquqlarına dair mövcud olan bütün əsas beynəlxalq sənədləri, o cümlədən, qadınlara münasibətdə ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasına dair Konvensiyanı sairəni ratifikasiya etmişik. 2006- ildə "Gender bərabərliyinin təmin edilməsi haqqında", ondan sonra isə "Ailə-məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib. MDB məkanında qadın siyasətini həyata keçirilməsi sahəsində ilk hələlik yeganə qurum kimi Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi, o cümlədən çoxsaylı qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 iyun 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun imzaladı. İnsanın məişət azadlığının elə bir nöqtəsi yoxdur ki, 4 fəsil, 20 maddədən ibarət Qanunda konkret müddəalarla əksini tapmasın. Prezident cənab İlham Əliyev Azərbaycanın birinci vitse-prezidenti, xanım Mehriban Əliyevanın böyük dəstəyi ilə ölkəmizdə güclü hüquqi qanunvericilik bazası əsasında qadınlar üçün bərabər imkanların yaradılması sosial həyatın bütün sahələrində onların aktiv iştirakı üçün mühüm işlər görülür. Qadınlarımız bilirlər ki, onların arxasında güclü dövlət müdafiəsi dayanır.

- Qanunlarımız çox gözəldir, buna baxmayaraq, ölkəmizdə qadın zorakılığı, qadınların hüquqlarınan pozulması halları davam edir...

- Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Gender əsaslı zorakılıq, məişət zorakılığı, erkən nikahlar digər problemlərin həlli üçün hələ çox işlər görülməlidir. Birinci fəsildə zorakılığın növləri barədə məlumat verilir. Ümumiləşdirsək, belə nəticə alınar: fiziki, psixoloji, mənəvi basqıya məruz qalırsansa, zorakılıq qurbanısan. İkinci fəsil məişət zorakılığı barədə şikayətlərə baxılma qaydalarını izah edir. Zorakılığın qarşısının alınması üçün həyata keçirilən tədbirlər barədə bilgi üçüncü fəsildədir. Dördüncü fəsil qanunun nöqtəsini qoyur: "Bu Qanunun məişət zorakılığı ilə bağlı digər qanunvericilik aktlarının tələblərini pozan şəxslər Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar". Lap qədimlərdən azərbaycanlı qadının qarşısına "olmaz!" adlı sədd çəkiblər. Bu səddin ilk daşını kim qoyub, bilinmir. İllər keçdikcə sədd uzanıb, hündürləşib bərkiyib. Ədəbiyyatımız deyir ki, o səddin adı mental düşüncədir.

- Bu səddi aşmaq üçün hüquqi baza var, bəs qeyd etdiyiniz mentalitet necə olsun?

- Mentallığımızda qadın kişidən aşağıda dayanır. Hərdən babalarımızın ailəsini bizə misal gətirirlər. Çarşab örtmək hər kəsin öz seçimi olmalıdır. Seçmədiyini sənə zorla seçdirəndə faciə aktuallaşır. Ali məktəb bitirən xanım ərə gedəndən sonra işləməmək qadağası ilə üzləşir. Özü itirir, cəmiyyət . Axı o, savadı ilə cəmiyyətin inkişafına dəstək ola bilər ailəsinin maddi durumunu yaxşılaşdırar. Əri razı deyil. "Özüm qazanıram, sənin puluna ehtiyacım yoxdur!" nidasını evin ən hündür yerindən asır. Qadın razılaşmaq istəmir. Etiraz bir dəfə sözlə, bir dəfə şilləylə, bir dəfə bıçaqla "yatırdılır". Bəs qanun? Bəs polis? Birinci dəfə zorakılıq yaşayan qadın niyə şikayət etməyib? Tutaq ki, birinciyə dözüb, "düzələr" deyə, düşünüb. İkinci, üçüncü zərbələrin cavabı harada qaldı? Bəli, mentalitetdə. "Arvad ərini polisə verməz", "Arvad ölər, ər evindən çıxmaz", "Arvad ərinin bütün zülmlərinə dözər", "Gəlinliklə getdiyin evdən ancaq kəfənlə çıxa bilərsən!" təhdidlərinin küncə sıxışdırdığı zərif cinsin nümayəndələrinin göz yaşı içində xısın-xısın oxuduğu bayatıdan yol alıb bu günümüzə qədər gəlib çıxmağı bacaran streotiplər bir gün gələcək əbədi yoxluğa düçar olacaqlar. Ancaq o bayatı ailə-məişət tariximizə qara həriflərlə yazılacaq. Onlarla intihar hadisələri baş verir ki, mərhumu ölüm həddinə çatdıran səbəblər Cinayət Məcəlləsinin 125-ci maddəsinin (şəxsi özünü öldürmək həddinə çatdırmaq) kəndirindən asılı qalır.

- Qanunun kəndirdən asılı qamasının nəticəsi olur?

- Biri özünü kəndirdən asır, onu ölümə sürükləyən səbəb isə o kəndirdən yelləncək kimi istifadə edib, başqalarının həyatını zəhərləməyə atılır. Bu gün dünyanın bir çox ölkələrində müşahidə olunan böhranın, ailə institutunun tənəzzülü, məişət zorakılığı kimi meyllərin qloballaşma şəraitində həyatımıza təzyiq nüfuz etməsi reallıqdır. Yəni məişət zorakılığı dünyanın ən aktual problemlərindəndir. Hər il dünyada zorakılıq üzündən minlərlə qadın həlak olur, məişət zoraklığına məruz qalaraq, ağır zərbələr alır. Məişət zorakılığının son nəticəsi özünə qəsd, adamöldürmə insan alver ilə nəticələnir. 25 noyabr Beynəlxalq Qadınlara qarşı zorakılığın aradan qaldırılması Günü kimi qeyd olunur. Bu gün rəsmi olaraq 1999-cu ildə BMT Baş Assambleyası tərəfindən elan olunub, amma 1981-ci ildən etibarən 1960- ildə Dominikan hökmdarı Rafael Truxilyonun əmri ilə vəhşicəsinə qətlə yetirilən Mirabel bacılarının faciəvi ölümü ilə əlaqədar qeyd olunur. Qadınlara qarşı məişət zorakılığı bütün dünyada yayılıb... Statistikaya görə, qadınların 70 faizi fiziki sosial zorakılıqdan əziyyət çəkir. Avropa qadınlarının 15%-ə qədəri hər gün məişət zorakılığının qurbanı olur.

- Bunun qarşısını almaq üçün etmək lazıdır?

- Xatırladım ki, dünyanın 60 ölkəsi bu sahədə qanunvericilik bazası yaradıb. BMT bir neçə il əvvəl qadınlara qarşı zorakılıq əleyhinə kampaniyaya başlayıb. BMT- üzv ölkələr 2015-ci ilə qədər bu problemlə bağlı qanunvericilik bazası yaratmaq, maarifləndirmə işləri aparmaq problemin həlli üçün proqram hazırlamaq öhdəliklərini götürüblər. Lakin təəssüf ki, bəzən qanun məişət zorakılığı ilə bağlı problemlərin aradan qaldırılmasında aciz qalır. Əgər zorakılığa məruz qalan öz hüquqlarının müdafiəsi məqsədilə aidiyyəti orqanlara müraciət etmirsə, qanun öz sözünü deyə bilmir. Çünki zorən ailə mühitinə daxil olub, zorakılığın qarşısını almaq mümkün olmur. Bunun üçün zorakılığa məruz qalan şəxs özü qərar verməlidir. Ən betəri odur ki, ailələrdə qadınlar bir çox hallarda öz hüquqlarını müdafiə etmək əvəzinə çıxış yolunu cinayətə əl atmaqda görür. Cəmiyyət isə baş verən proseslərə müdaxilə edə bilmir.

- Belə anlaşılır ki, qadın zorakılığına qarşı, ancaq qadınlar mübarizə apara bilərlər, bəs media necə, bu proseslərə müdaxilə edə bilərmi?

- Müasir cəmiyyətdə məişət zorakılığının qarşısının alınmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Media ilə müqayisədə başqa heç bir digər sosial institut bu işin öhdəsindən gələ bilməz. KİV hər bir ailəyə, vətəndaşa bilavasitə təsir göstərir. Jurnalistlərimizin bu sahədə yüksək professional dəyərlərə istinad etməsinin, problemlərlə dərindən tanış olmasının, belə faktların işıqlandırılmasında peşə etikasına riayət edilməsinin xüsusilə vacib olduğunu vurğulamaq istərdim. Media işçiləri unutmamalıdırlar ki, dərc olunan, efirdə nümayiş edilən hər bir məişət zorakılığı faktının arxasında insan onun taleyi dayanır. Dözümlü, tolerant yanaşma nümayiş etdirən, aydın, dəqiq faktlara əsaslanan jurnalist işlərinə cəmiyyətin böyük ehtiyacı var. Amma bu gün sanki media insanları öldürmək məqsədini güdür, kriminalın bu qədər qabardılması da insanların psixikasına təsir edir.

- Rövşən bəy, bu məsələlərdə televiziyanın rolunu necə dəyərləndirirsiniz?

- Bu gün televiziyalarda məişətə, ailə münasibətlərinə, kriminal verilişlərə çox geniş yer verilir. Pis nümunə həmişə geniş yayılır. Kriminal verilişlərin, dəhşətli filmlərin çoxluğu zorakılığın birbaşa təbliğidir. Psixoloji baxımdan, bu, yolverilməzdir. Bu hadisələrin işıqlandırılma qaydaları var. Mənfi obrazların qəhrəman kimi təqdim olunması, yaramazlığın tirajlanması, mənfi hərəkətlərin populyarlaşdırılması insanların beynində mənfi yük yaradır. Telekanallar məişət zorakılığını ya kriminal hadisə kimi, ya da ən pisi onu şou şok formatında təqdim edirlər. Belə məlumatlar isə güclü emosional tərzdə efirə verilir. Bu isə insanların psixoloji durumuna mənfi təsir göstərir. Bu verilişlər cəmiyyətdə narazılıq narahatçılıq yaradır. Faciəyə məruz qalan ailələrin problemlərini telekanallara çıxararaq Azərbaycan ailəsinin yalnız bundan ibarət olması görüntüsü yaradılır. Halbuki nümunəvi ailələr barədə veriliş hazırlayıb cəmiyyətə təqdim etmək olar. İctimai rəyin formalaşması cəmiyyətdə mövcud olan gender stereotiplərinin aradan qaldırılması prosesində medianın çox böyük rolu var. Lakin mövcud Azərbaycan mətbuatı demək olar ki, bütün hallarda məişət zorakılığının doğurduğu ağır nəticələri işıqlandırır, belə halların baş verməməsi üçün preventiv maarifləndirmə xarakterli mövzular isə diqqətdən kənarda qalır.

- Bəs çıxış yolu nədədir?

- Materialların məzmununun təhlili göstərir ki, qəzetlərdə dərc olunan yazıların böyük əksəriyyəti qadınlara qarşı fiziki zorakılıq hallarını yalnız şok xəbər janrinda ya şou kimi təsvir edir. Digər faktlardan biri isə monitorinq müddətində milli mediada mövzu ilə bağlı ümumiyyətlə, heç bir analitik təhlil xarakterli yazıların olmamasıdır. Məişət zorakılığının qarşısının alınmasında yardım mərkəzlərinin, qadın polislərin sayının artırılması, maarifçiliyin gücləndirilməsi, icra hakimiyyəti orqanlarının xüsusi şöbələrinin zorakılıq baş verən ailələrlə aparması, yerlərdə psixoloqların təmsilçiliyi faydalı olardı.

Komitə məişət zorakılığına qarşı mübarizə ilə bağlı beynəlxalq təcrübəni öyrənir. BMT-nin Əhali Fondu, Avropa Şurası, Avropa İttifaqı, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə layihələr həyata keçirilir. MM- ATƏT-in Bakı ofisinin, BMT-nin Azərbaycandakı nümayəndəlikləri Dövlət Komitəsinin təşkilatçılığı ilə "Qadınlara qarşı zorakılığa yox deyək!" mövzusunda dinləmələr keçirilib.

- Sizcə, ailə institutu baradə maarifləndirmənin burada bir effekti ola bilərmi?

- Hesab olunur ki, daha effektli mübarizə həm insanların maarifləndirilməsindən keçir. Məişət zorakılığına məruz qalan şəxs öz hüquqlarının müdafiəsinə ilk növbədə özü qalxmalıdır. Ailə-məişət zorakılığının qarşısını yalnız qanunla almaq mümkün deyil. Çünki ailə özəl bir mühitdir. Hər bir ailənin özünəməxsus xüsusiyyətləri var. İnsan yorğun günündən sonra dincəlmək üçün ailə adlı məkana sığınır. Əgər burada da onu zorakılıq gözləyirsə, bunun başqa adı yoxdur. Məişət zorakılığının, gender bərabərliyinin təminatının milli mexanizmləri özü birmənalı, səlis konfiqurasiyaya malik deyil. Bu o deməkdir ki, hər bir ölkə özünəməxsus inkişaf tarixinə, ənənəyə malikdir. Ictimai-siyasi həyatın müxtəlif sahələri, həll edilməli olan problemlərdə hər bir ölkədə fərqlidir. Bu məsələni qlobal media modellərini təqlid edən KİV-lər diqqət mərkəzində saxlamalıdırlar.

 

Şahnaz Salehqızı

0.094300985336304