“Azərbaycan Dəmir Yolları”nın teplovozu yandı

Masallı rayonunun Təzəkənd kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozunun mühərrik və salon hissəsi qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, digər teplovoz və vaqonlar yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

0.25537705421448