Gəncədə polis əməkdaşı döyülüb

Gəncədə döyülmə faktı qeydə alınıb.

milletinsesi.info-ın bölgə müxbirinin məlumata görə, hadisə Gəncə çayının sahilində olan  çay evlərindən birində baş verib. Polis əməkdaşı olan, şəhər sakini, 1990-ci il təvəllüdlü Süleymanov Mehman Natiq oğlu dava zamanı döyülərək xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə polis əməkdaşı olan M. Süleymanov məzuniyyətdə olduğu üçün münaqişə xidmət başında olmayıb.

Araşdırma aparılır.

0.16356682777405