Azərbaycan dövləti özünün multikultural siyasətini, tolerant mövqeyini daim qoruyur və inkişaf etdirir

Ölkəmiz islam mədəniyyətinin dünyada təbliği istiqamətində çox böyük işlər görür

 Son zamanlar dünyanın müxtəlif bölgələrində dini milli zəmində baş verən qarşıdurmalar, terror hadisələri onu deməyə əsas verir ki, bu tendensiyanın qanşısının alınması ayrılıqda bir dövlətin işi deyil. Bu bir həqiqətdir ki, terror qaşıdurmalar heç öz-özünə yaranmır, onları yaradan səbəblər var ki, həmin səbəblərin aradan qaldırılması üçün dialoq əməkdaşlıq əsas şərtlərdən biridir. Bunu da yaddan çıxarmaq olmaz ki, bəzi hallarda dindən milli heysiyyatdan siyasi ambisiyaların gerçəkləşdirilməsi üçün istifadə edilir bu, böyük faciələrə səbəb olur.

Tarixin bütün dönəmlərində öz tolerantlığı, başqalarına qarşı dözümlülüyü ilə seçilən Azərbaycan da, keçən əsrin sonunda, məhz Ermənistan tərəfindən belə bir faciəyəyə məruz qaldı. Ölkəmizə qarşı həyata keçirilən işğalçılıq siyasəti, soyqırım etnik təmizləmə halları Ermənistan dövlətinin məqsədyönlü şəkildə gerçəkləşdirdiyi millli dini dözümsüzlüyün bariz nümunəsidir.

Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti özünün multikultural siyasətini başqalarına qarşı tolerant mövqeyini daim qoruyub saxlayır inkişaf etdirir.

Prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etməsi , buna bariz nümunədir.

Müqəddəs Ramazan ayında Prezident İlham Əliyevin belə görüşlər təşkil etməsi artıq ənənəvi xarakter alıb. Prezident ilk növbədə, qonaqları səmimi salamlayıb, onun salamlarını xoş arzularını həm təmsil etdikləri ölkələrin dövlət hökumət başçılarına çatdırılmasını görüş iştirakçılarından xahiş edib. Prezident görüş iştirakçılarının diqqətinə çatdırıb ki, ölkəmiz bütün müsəlman ölkələri ilə sıx əməkdaşlıq edir siyasi sahədə fəal dialoq aparır: "Çox istərdik ki, iqtisadi sahədə daha da fəal əməkdaşlıq olsun. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, digər sahələrdə birgə fəaliyyətimiz xalqlarımız üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Müsəlman ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu məsələləri daim müzakirə edirik. Çox istərdik ki, təmsil etdiyiniz ölkələrdən olan şirkətlər Azərbaycanda müxtəlif layihələrdə daha fəal iştirak etsinlər".

Bildiyiniz kimi, son vaxtlar Azərbaycanda turizmin inkişafı sürətlənir. Bu da qürurverici haldır ki, müsəlman ölkələrindən olan turistlər Azərbaycana gəlirlər onların sayı ildən-ilə artır. Dövlətlər arasında ikitərəfli formatda əlaqələr uğurla inkişaf edir. Bu əlaqələrin gələcək inkişafı üçün çox yaxşı şərait imkanlar var.

Prezident daha sonra qeyd edib ki, Azərbaycan müsəlman ölkələri ilə  beynəlxalq təşkilatlar çərçivəsində çox fəal əməkdaşlıq edir, BMT-, İslam Əməkdaşlıq Təşkilatında qarşılıqlı dəstək göstər. Bu qarşılıqlı dəstək həm əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir. Prezident bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir: "Bildiyiniz kimi, Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı onun ətrafında yerləşən 7 rayonu uzun illərdir işğal altında saxlayır. Bu münaqişə etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. Bu, beynəlxalq hüququn pozulmasıdır. Baxmayaraq ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı müxtəlif qərar qətnamələr qəbul edib, əfsuslar olsun ki, işğalçı dövlətə lazımi təzyiqi göstərmirlər". Bu da məlum həqiqətdir ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı 4 qətnamə qəbul edib bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Ancaq, çox təəssüflər olsun ki, bu qətnamələr kağız üzərində qalıb Ermənistan öz işğalçılıq əməlindən bir addım da olsun geri çəkilməyib. Bu gün bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır bu barədə açıq bəyanatlar səsləndirirlər. Ancan bu da işğalçı Ermənistana təsir etmir. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır ölkəmizin ərazi bütövlüyü tam beynəlxalq dəstək alıb. Bütün bunlara baxmayaraq, İşğalçı dövlət olan Ermənistana heç bir təzyiq göstərilmir. Münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi isə birmənalıdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Beynəlxalq təşkilatlarda müsəlman ölkələri , Azərbaycana böyük dəstək olurlar.

Heç şübhəsiz ki Azərbaycan da öz növbəsində, beynəlxalq təşkilatlarda daim  müsəlman ölkələrini dəstəkləyir onlarla həmrəy olduğunu nümayiş etdirir. Məlumdur ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsinə çox böyük əhəmiyyət verir bu istiqamətdə əməli addımlar atır. Azərbaycan Prezidenti qeyd edib ki, İslam həmrəyliyinin möhkəmlənməsi gündəlikdə duran ən əsas məsələlərdən biridir. Azərbaycan öz tərəfindən bu istiqamətdə çox ciddi addımlar atır bundan sonra da atacaq.

Bildiyiniz kimi, ölkəmizdə mədəniyyətlərarası dialoqla bağlı çoxsaylı tədbirlər keçirilir. Bu yaxınlarda Bakıda keçirilən V Mədəniyyətlərarası Dialoq Forumu da belə tədbirlərdən biridir. Onu da qeyd etmək lazımdır ki, ölkəmiz islam mədəniyyətinin dünyada təbliği istiqamətində çox böyük işlər görür. Bir çox ölkələrdə konfranslar, sərgilər, təqdimatlar keçirilir beləliklə, İslamı dünyaya sülh, mərhəmət dini kimi təqdim etməyə çalışır.

Bu da məlumdur ki, keçən il Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan edilib. Bu qərar da müsəlman ölkələrinin Azərbaycana münasibətinin təzahürüdür.

Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşünün sonunda Prezident İlham Əliyev deyib: "Onu da qeyd etməliyəm ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsində oynadığı rolu çox yüksək qiymətləndirir. Mən bir daha sizi ürəkdən salamlayıram. Bir daha xahiş edirəm ki, mənim səmimi salamlarımı dövlət-hökumət başçılarına çatdırasınız. Təmsil etdiyiniz ölkələrin xalqlarına sülh, əmin-amanlıq xoşbəxtlik arzulayıram".

Azərbaycan Respublikasında akkreditasiya olunmuş müsəlman ölkələrinin səfirləri diplomatik missiyalarının rəhbərləri adından çıxış edən Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim deyib: "Sizi müqəddəs Ramazan ayı münasibətilə təbrik etmək mənim üçün böyük şərəfdir. Cənab Prezident, biz hamımız bu müqəddəs ayda bizimlə görüşmək üçün dəyərli vaxtınızı ayırdığınıza, əsasını qoyduğunuz ənənəyə görə Sizə minnətdarıq bu Sizin müsəlman ölkələrini xalqlarını birləşdirən qardaşlıq əlaqələrinə dəstək dayaq olmaq öhdəliyinizin bir təzahürüdür.

Bu müqəddəs ayda müsəlmanlara sülh, həmrəylik ab-havasında bir araya gəlmək imkanı verilməklə İslamın xeyirxah dəyərlərinə çağırış edilir, fikir ruh yüksəlir, bununla da sakitlik, sabitlik, mənəvi yüksəliş xeyirxahlığa doğru birlikdə addım atılır. Beləliklə, hər birimizin içində zəiflərə aztəminatlılara yardım etmək, qardaşlıqda ortaq taledən agah olaraq bağışlamaq qəbul etmək xüsusiyyəti oyanır.

Cənab Prezident, nisbətən gənc Azərbaycan Respublikası müstəqilliyin ilk illərində bir çox çağırışlarla üzləşmişdir o zaman onların öhdəsindən gəlmək qeyri-mümkün görünürdü. Lakin, ölkə rəhbərliyinin müdrikliyi uzaqgörənliyi sayəsində Azərbaycan bu təhlükələrin öhdəsindən uğurla gələrək inkişaf etmiş, müasirliyi qəbul edən gələcəyə doğru sürətlə addımlayan bir ölkəyə çevrilə bilib. Eyni zamanda, qürur hissi ilə öz qədim İslam irsini mədəniyyətini qoruya bilib".

Səfir qeyd edib ki, müsəlman ölkələrinin səfirləri kimi, hər birimiz qardaş Azərbaycanın möhtəşəm inkişafını, yenidən qurulmasını, bir çox sahələrdə apardığı islahatlar uğurlu transformasiyasını heyranlıqla müşahidə edirik bundan qürür duyuruq. İslam dünyasının ayrılmaz vacib bir üzvü kimi, Azərbaycan müsəlman aləminin Dağlıq Qarabağdan tutmuş Əl-Qüds, Əl-Şərif, Kəşmirə qədər digər işğal olunan müsəlman əraziləri ilə bağlı məsələlərdə ədalətli haqq işini böyük səylə dəstəkləyir, habelə bu günün çoxsaylı çağırışları ilə mübarizədə birgə səylərin önündə durur ki, bunlardan biri məkrli yanlış məfhum olan islamofobiya ilə mübarizədir.

Multikulturalizmi tolerantlığı həyat tərzi seçən, onun qorunması inkişaf etdirilməsi üçün lazım olan bütün tədbirləri həyata keçirən Azərbaycan dövləti, islamafobiya, ksenofobiya terrorizm kimi hallara qarşı mübarizədə , hər zaman ilk yerdə durur.

Azərbaycan dövləti Bakıda mədəniyyətlərarası konfessiyalararası dialoqa dair çoxsaylı vacib konfranslar keçirməklə, eyni zamanda "Bakı Prosesi" kimi bir çağırışa start verməklə bəşəriyyətin universal ortaq dəyərlərinə hörmət bəslənilməsinin vacibliyini bütün dünyaya təbliğ etiməyə çalışır. Bununla da Azərbaycan həm fikir ayrılıqlarını aradan qaldırmaq, eləcə sivilizasiyaların toqquşması adlanan yanlış arqumenti ifşa etmək üçün bəşəriyyətin nəyi paylaşdığını vurğulamaqla şərəfli missiyanın önündə durur.

Bunu bir müddət əvvəl Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da nümayiş etdirdi. Azərbaycan Qoşulmama Hərəkatına bu il rəhbərlik etməklə inkişaf etməkdə olan ölkələrin bəşəriyyətin üzləşdiyi məsələlərin həllində fəal iştirak edir.

Bunu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan sülhün, inklüzivliyin hörmətin üstünlük təşkil etdiyi, müxtəlif dinlərin nümayəndələrinin bir-biri ilə harmoniya içində yaşayıb-çalışması ilə İslamın həqiqi ruhunu nümayiş etdirən parlaq ulduzlardan biridir.

Azərbaycan buna məhz özünün multikultural tolerant dəyərləri ilə nail ola bilib. Bu gün tutduğu yolu uğurla davam etdirir.

 Paralelin
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.1743471622467