Dövlətə xəyanət edənə cəza verildi

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan Orxan Rzaquliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

paralel.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, O.Rzaquliyev 16 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Orxan Rzaquliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

0.5237090587616