Azərbaycanda 81 yaşlı taksi sürücüsü: heç vaxt həkimə getməyib - VİDEO

81 yaşlı Zöhrab dayı 60 ildir ki sürücüdür.

Onun barəsində “Xəzər Xəbər” süjet yayımlayıb.

Süjetdən məlum olur ki, 1938-ci il təvəllüdlü Zöhrab dayı hər gün paytaxtın tıxaclı yollarında mexaniki sürət qutulu avtomobil idarə edir.

Son 11 ildir ki, paytaxt yollarında taksi sürücüsü kimi fəaliyyət göstərən Zöhrab dayı dərmandan istifadə etmədiyini və sürücülük vəsiqəsi üçün tibbi arayış almaqdan başqa heç vaxt həkimə getmədiyini bildirir.

O, hətta bir çox taksi sürücüsündən fərqli olaraq, vergi ödəyicisidir.

Üç övladı, dörd nəvəsi olan Zöhrab dayı barədə daha ətraflı videosüjetdə:

0.1030900478363