Maşının yanacaq çənində minlərlə siqaret gizlətdi - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21063” markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Amma gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi düzəldilmiş yerdən 5760 ədəd “King” markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

0.085712909698486